Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:19

İğtişaş törətməkdə ittiham olunan 13 məhbusa hökm oxundu


Səs: Real audio
Hüquq müdafiəçisi Murad Sadəddinov məhbuslara verilən cəzanın sərt olduğunu deyir Dekabrın 14-də bu ilin fevralında cəzaçəkmə yerində iğtişaş törətməkdə ittiham olunan 13 saylı İslah Əmək Müəssisəsinin 13 məhbusu 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edildi.



Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Azər Orucovun çıxardığı hökmdə göstərilir ki, məhbuslar cəzaçəkmə yerində iğtişaş törədib, daxili rejim qaydalarını pozub və həbsxana rəhbərliyinin əmrlərinə tabe olmayıblar.



Hökmə əsasən məhbuslar bundan sonrakı cəzalarını ciddi rejimli müəssisədə çəkəcəklər.



Qərar məhkəmə binasında deyil, Bayıl təcridxanasında oxunub.



Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən bildirdilər ki, bunun səbəbi məhbusların məhkəmədə qalmaqal salmaları olub. Bundan əvvəlki prosesdə dövlət ittihamçısının çıxışından sonra məhbuslardan bir neçəsi intihara cəhd etmişdi.



13 saylı cəzaçəkmə yerində etiraz baş verəndə hüquq-müdafiəçisi Murad Sadəddinov da orda olmuşdu. Cənab Sadəddinov məhbuslara verilən cəzanın sərt olduğunu deyir: «Məhkəmə onların nəyə etiraz etmələrinin səbəbini araşdırmalıydı. Hesab edirəm ki, bu cür ağır cəzalar cəzaçəkmə yerlərindəki çatışmazlıqlara etiraz edən məhbusların gözünü qorxutmaq üçündür».



Bu il fevralın 15-də 11 saylı cəzaçəkmə yerində bir qrup məhbus saxlanma şəraitinə etiraz edib həbsxananın damına çıxandan sonra, daha bir neçə həbsxanada, o cümlədən, 13 saylıda da məhbsular etiraz aksiyası keçirmişdilər. Hökumət qiyamın qarşısını alandan sonra etiraz aksiyalarında iştirak edən məhbsular haqqında cinayət işi açılmışdı. Bu gün onlardan bir qrupuna hökm oxundu.



11 saylı cəzaçəkmə yerində iğtişaşlar törətməkdə ittiham olunan 15 məhbusun məhkəməsi isə hazırda Ağır Cinayətlərə Dair Hərbi Məhkəmədə davam edir.
XS
SM
MD
LG