Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:18

Müxalifət icazəsiz aksiya keçirə biləcəyini deyir


Səs: Real audio
«Keçmiş «Qələbə» kinoteatrının qarşısında dinc mitinqçilərə qarşı qəddarlıq nümayiş etdirilib» Əgər Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin dekabrın 18-də keçirmək istədiyi yürüş-mitinqə müsbət cavab verməsə, icazəsiz və dinc aksiya keçiriləcək. Bu barədə qərar ADP, Müsavat və AXCP-ni birləşdirən «Azadlıq» bloku, Milli Birlik Hərəkatı və AMİP-in dekabrın 14-də keçirilən birgə toplantısında verildi. Müxalifət ötən seçkini saxtalaşdıranların cəzalandırılmasını və yeni seçki keçirilməsini tələb edir.



Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirir ki, liderlər prezident İlham Əliyevin istefaya göndərilməsi tələbiylə Konstitusiya Məhkəməsinə müraciət göndərib.



Məsələyə prezidentin Mətbuat Xidməti münasibət bildirmədi. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı isə deyir ki, müxalifətin iddiaları əsassızdır, çünki prezident öz səlahiyyətlərin Konstitusiya çərçivəsində həyata keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG