Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:16

<i>«Ayna»</i>: «Hökumətdəki kadr dəyişikliyi davam edəcək»


Səs: Real audio
Birləşmiş müxalifət AŞPA-dan nümayəndə heyətinin mandatının təsdiqlənməməsini tələb edir «Yeni Azərbaycan» qəzetindəki «AMİP daxilində ziddiyyətlər dərinləşir» başlıqlı məqalədə Aqşin yazır ki, münasibətlərin gərginləşməsi fonunda sədr Əli Əliyev mövcud şəraiti dəyişdirmək iqtidarında deyil. Məqalədə bildirilir ki, AMİP-in Siyasi Şurası sədrə qarşı etimadsızlıq göstərmək haqda fikirləşdiyi halda, Əli Əliyev populist çıxışlar etməklə diqqət mərkəzində qalmağa çalışır.



Müəllif yazır ki, AMİP sədrinin bir müddət öncə ittiham etdiyi şəxslərlə indi bir blokda birləşmək istəyi partiyanı parçalanmaq təhlükəsi ilə üzbəüz qoyub. Məqalədə o da bildirilir ki, cənab Əliyev hesab edir ki, narazılar partiyanın inkişafında maraqlı deyillər. Bu mövqeyinə görə, sədri dəstəkləyənlər demək olar ki, yoxdur.



«Ayna» qəzetindəki «Hökumətdəki kadr dəyişikliyi davam edəcək» başlıqlı məqalədə Namiq Sabiroğlu yazır ki, uzun müddət dövlətin ali kürsüsünə yiyələşmiş insanların tədricən dəyişdirilməsi prosesi başlayıb. Hökumətdəki mənbələrdən əldə edilən məlumatlara əsasən növbəti kadr dəyişikliyi əsasən maliyyə sektorunda aparılacaq.



Məqalədə bildirilir ki, ilk növbədə öz kürsüsü ilə Maliyyə naziri Əvəz Ələkbərovun vidalaşmalı olacağı gözlənilir. Ölkə rəhbərliyi bu vəzifəyə təyin edəcəyi şəxsi də müəyyənləşdirib. Azərbaycanın yeni Maliyyə nazirinin Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin olacağı gözlənilir. Müəllif yazır ki, cənab Hacıyevin yerinə Kapital Bankın İdarə Heyətinin sədri Rauf Rzayev təyin ediləcək. Dəyişikliyə həmçinin Milli Bankın da məruz qalacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG