Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:01
Rubrikalar

Qaz puluna görə 811 nəfər məhkəməyə verilib


Səs: Real audio
Venesiya Komissiyasının katibi hökuməti öz işini düzgün qurmayan seçki rəsmilərinə qarşı tədbirlər görməyə çağırır - Asiya İnkişaf Bankının Direktorlar Şurası "Şərq-Qərb" nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycana 52 milyon dollar kredit ayrılmasını tövsiyə edib.



Nəzərdə tutulan vəsait 88 km-lik Yevlax–Gəncə və Qazax rayonundan Gürcüstan sərhəddinədək olan 38 km-lik yolun yenidən qurulmasına sərf ediləcək.



- Dekabrın 13-də Bakının 11 rayonu üzrə qaz istismar idarələri rəhbərlərinin iştirakı ilə "Azəriqaz" Səmdar Cəmiyyətində kollegiya iclası keçirilib. İclasda digər məsələlərlə yanaşı qaz pulu ilə bağlı ödəmələrin aşağı olması da müzakirə edilib.



Bakı Baş Qaz İstehsalat İdarəsinin rəis müavini Nüsrət Qasımovun sözlərinə görə, paytaxt üzrə yığımların ümumi göstərisisi 18 faiz təşkil edir.



Nüsrət Qasımov deyir ki, borcu 1 milyon manatdan çox olan 811 nəfər məhkəməyə verilib.



- Milli Bankın məlumatına görə, dekabrın 13-də 1 dollar 4 592, 1 avro 5 491, 1 rubl isə 159 manat olub.
XS
SM
MD
LG