Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:24
Rubrikalar

Nazim Süleymanov «Çelsi»də təcrübə keçəcək


Səs: Real audio
Venesiya Komissiyasının katibi hökuməti öz işini düzgün qurmayan seçki rəsmilərinə qarşı tədbirlər görməyə çağırır - Futbol üzrə 17 yaşlılar arasında Avropa çempionatının seçmə turniri Bakıda olacaq.



Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – AFFA-dan verilən məlumata görə, gələn il keçiriləcək yarışa Azərbaycanla yanaşı Danimarka, Litva və İrlandiya yığmaları da qatılacaq.



- "Xəzər-Lənkəran" klubunun keçmiş baş məşqçisi Nazim Süleymanov yaxın vaxtlarda «Çelsi» futbol klubunda təcrübə keçəcək.



"Lənkəran" klubundan bildiriblər ki, klublararası razılaşmaya görə, Moskvada Ali Məşqçilər Məktəbini bitirən Nazim Süleymanov gələn il "Çelsi"də təcrübəsini artıra biləcək.



- Azərbaycanın qadınlardan ibarət həndbol yığmasının baş məşqçisi belarusiyalı Valeri Pevnitski istefaya göndərilib.



Həndbol Federasiyasından verilən məlumata görə, Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxışdan sonra Pevnitskiylə müqavilənin ləğvinə qərar verilib. Komandanın yeni baş məşqçisi isə yanvarda təyin ediləcək.
XS
SM
MD
LG