Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:07

«Bakıelektroştamp»da mitinq olmasa da, iş getmir


Səs: Real audio
Venesiya Komissiyasının katibi hökuməti öz işini düzgün qurmayan seçki rəsmilərinə qarşı tədbirlər görməyə çağırır Dekabrın 13-də «Bakıelektroştamp» Səhmdar Cəmiyyətinin (SC) fəhlələri mitinq keçirmədilər. Bir gün əvvəl müəssisənin hüquqşünası Aslan İsmayılov etiraz aksiyasının davam etdiriləcəyini bildirsə də, icraçı direktor Adilxan Musayevin sözlərinə görə, onlar hadisələrin nəzarətdən çıxmasınını qarşısını almaq üçün gözləmə mövqeyi tutublar.



«Bakıelektroştamp» SC-nin 300-ə yaxın işçisi müəssisənin təsisçisi Nurəddin Zülfüqarlı və qardaşlarının həbs edilməsinə etiraz olaraq bazar ertəsi bütün gün ərzində etiraz aksiyası keçirmişdi. Daxili İşlər Nazirlyi cənab Zülfüqarlının dekabrın 9-da Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edildiyini və hədə-qorxu ilə pul tələb etmə cinayətində ittiham olunduğunu bildirib. Zülfüqarlı qardaşlarının vəkili olan Aslan İsmayılov isə dekabrın 13-də keçiriyi mətbuat konfransında deyib ki, onlardan yalnız ikisinə ittiham irəli sürülsə də, digər altı qardaş da saxlanılıb.



Müəssisənin icraçı direktoru Adilxan Musayevin sözlərinə görə, yoxlamalar üzündən iş prosesi bərpa edilməyib.



«Bakıelektroştamp» Səhmdar Cəmiyyəti ağır metallurgiya sahəsində ixtisaslaşan ilk özəlləşdirilmiş müəssisələrdəndir.
XS
SM
MD
LG