Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:43

Canni Bukikkio: «Seçki azad və ədalətli keçmədi»<p align=`left`><br><br>


Səs: Real audio
Venesiya Komissiyasının katibi hökuməti öz işini düzgün qurmayan seçki rəsmilərinə qarşı tədbirlər görməyə çağırır «Mən çox təəssüf edirəm ki, sonuncu seçki bəzi müsbət dəyişikliklərə baxmayaraq, bizim gözlədiyimiz kimi azad və ədalətli keçmədi». Bu barədə «Azadlıq» radiosuna Avropa Şurasının Venesiya Komissiyasının (VK) katibi Canni Bukikkio bildirdi. Onun sözlərinə görə, Azərbaycan hökuməti seçki ilə bağlı bütün şikayətləri araşdırmalı və ən vacibi, öz işini düzgün qurmayan seçki rəsmilərinə qarşı tədbirlər görməlidir.



6 noyabr seçkisindən qabaq VK yaydığı bəyanatda Seçki Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsində ATƏT-lə birlikdə verdiyi tövsiyələrin böyük hissəsinin əks olunmadığını bildirmişdi. Azərbaycanda ik növbədə seçki komissiyalarının formalaşdırılması prinsipinin dəyişdirilməsi tövsiyə olunmuşdu. Beynəlxalq qurumların rəyinə görə, hazırkı seçki komissiyaları müstəqil fəalliyət göstərmir.



«Azərbaycan bütün tövsiyələri qəbul etsəydi, seçkini daha yaxşı keçirmək olardımı» sualına, VK-nin katibi bildirdi ki, bu suala cavab vermək çox çətindir: «Bunu ehtimal etmək qeyri-mümkündür. Sizdə dünyanın ən yaxşı Seçki Məcəlləsi ola bilər, amma seçki yenə də pis keçə bilər. Elə hazırkı Seçki Məcəlləsilə daha yaxşı seçki keçirə bilərdilər».



Cənab Bukikkio deyir ki, seçki praktikasının inkişafı üçün komissiya Azərbaycanla əməkdaşlığını davam etdirmək istəyir, xüsüsi ilə də seçki komissiyaları ilə bağlı məsələ də. Venesiya Komissiyası seçki rəsmiləri və hakimlər üçün seminarlar da keçirməyi planlaşdırır. Lakin Avropa rəsmisi hesab edir ki, siyasi iradə olmasa, bütün bu addımlar kifayət etməyəcək.



«Mən ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycanda xalqın və hakimiyyətin seçkiyə yanaşmasında dəyişiklik olacaq. Azərbaycanda seçkiylə bağlı mentalitet və demokratiya mədəniyyəti dəyişməlidir» - deyə, o, bildirir.



Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yeni nümayəndə heyətinin mandatının tanınmamasına dair ehtimallara münasibət bildirən katib dedi ki, sözügedən təşkilat siyasi qurum olduğuna görə, belə bir qərar çıxara bilər: «Çünki qabaqlar belə hallar olub».



Canni Bukikkio: «İndiki vəziyyətdə hansı qərarın çıxarılacağını deyə bilmərəm. Azərbaycan hakimiyyətinin 6 noyabr seçkisindən sonra şikayətlərə baxarkən hansı addımlar atması araşdırılacaq. Bundan sonra məsələ çox güman ki, Assambleyanın yanvar sessiyasında müzakirə olunacaq».
XS
SM
MD
LG