Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:02

AŞ eksperti Azərbaycanda toplaşmaq azadlığına hörmət edilmədiyini deyir


Səs: Real audio
Devid Çupina: «Toplaşmaq azadlığını pozan polis cinayət məsuliyyətinə cəlb olunmalıdır» «Əgər polislər vətəndaşların sərbəst toplaşmaq azadlığını pozurlarsa, buna görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar».



Avropa Şurasının (AŞ) İnsan Hüquqları üzrə Baş Direktorluğunun proqram məsləhətçisi Devid Çupina belə dedi. O, «Azadlıq» radiosuna bildirdi ki, seçkidən sonra Bakıda keçirilən mitinqlər haqqındakı kadrlara baxıb və vətəndaşların toplaşmaq azadlığına hörmət edilmədiyinin şahidi olub.



AŞ ekspertlərinin 60-a yaxın Azərbaycan polisi üçün keçirdiyi təlimdə də vətəndaşların hüquqlarının qorunmasından danışılıb. Dekabrın 12-dən başlayan və bu gün yekunlaşan təlimi cənab Çupina faydalı sayır: «Bu gün biz mətbuatda mitinqlərin dağıdılması ilə bağlı yazıları polislərə təqdim etdik. Videokadrlara baxdıq, vəziyyəti nümunələr üzrə müzakirə etdik. Biz çalışdıq ki, onlara necə addımlar atılmasını izah edək ki, gələcəkdə istifadə etsinlər».



Cənab Çupina onu da deyir ki, müzakirələrdə polislər baş vermiş səhvlərini aradan qaldırmağa çalışacaqlarını deyiblər.



Təlimdə iştirak edən polislər öyrəndiklərini faydalı saymaqla yanaşı, öz biliklərinin də az olmadığını deyirlər. Məsələn, adınını çəkilməsini istəməyən bir polis belə deyir: «Bizə bildiklərimizi başa salırlar. Bizim öz qanunlarımız var. Sərbəst toplaşmaq deyəndə biz ancaq radikal müxalifətin hərəkətlərinin qarşısını alıb, öz vəzifəmizi yerinə yetirməyi başa düşürük». Digər polis isə «Biz onlara çox suallar verirdik. Özləri də deyirlər ki, Azərbaycan polisləri Almaniyada gəlib dərs keçəcəklər» - bildirdi.



Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin rəisi müavini Bağır Bağırov da bu cür təlimlərin faydalı olduğunu deyir



Avropa Şurası oktyabr ayında da bir qrup polis üçün təlim keçmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG