Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:22

Uşaq rəsmlərinin sərgisi keçiriləcək


Səs: Real audio
Sabiq millət vəkili Əliməmməd Nuriyev isə deyir ki, bu əlavələrin qəbulu faktik olaraq texniki prosedurun hayata keçirilməsidir Dekabrın 26-da məktəblilərin "Mənim nağıl dünyam" adlı rəsm müsabiqəsinə təqdim etdikləri rəsm əsərlərinin sərgisi keçiriləcək.



Danimarka yazıçısı Hans Kristian Andersenin adı ilə bağlı bu müsabiqəni Azərbaycan Rəssamlar İttifaqı YUNESKO ilə birgə təşkil edib. Müsabiqəyə əsərlərin təqdimi noyabrın 30-dək davam edib.



Rəssamlar İttifaqının informasiya və xarici əlaqələr şöbəsinin rəhbəri Ənvər Qarayev deyir ki, müsabiqəyə 3 yaş qrupundan olan məktəblilərin 200-ə qədər əsəri təqdim olunub:



- Hal-hazırda 200-ə qədər 3 yaş qrupunda olan məktəblilərin rəsm işlərini yığmışıq. 6 yaşından 9 yaşınadək, 10 yaşından 12 yaşınadək və 13 yaşından 17 yaşınadək olan uşaqlar dünya xalqları və Azərbaycanın nağılları mövzusunda çox maraqlı, rəngarəng əsərlər təqdim ediblər.



Ənvər Qarayevin sözlərinə görə, sərginin açılışında müsabiqənin qaliblərinin adları açıqlanacaq və hər yaş qrupundan 7 nəfərə diplomlar, əsəri sərgidə nümayiş etdirilən məktəblilərə isə Azərbaycan və ingilis dillərində nağıl kitabları veriləcək. Bir həftə davam edən sərgi tamaşaçılar üçün də açıq olacaq:



- Giriş tamamilə azaddır, pulsuzdur. Uşaq rəsmlərinin həvəskarı olan istənilən tamaşaçı həm bu sərginin açılışında iştirak edə, həm də bir həftə ərzində istədiyi vaxt gəlib əsərlərə baxa bilər.
XS
SM
MD
LG