Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:47

<i>«Yeni Müsavat»</i>: «Sahibkarlara qarşı repressiyalar başlayıb»


Səs: Real audio
İşçilərin tələbləri ödəndi «Bakı-Xəbər» qəzetindəki «Bir araya gəlmək istəyən müxalifətin birliyi hansı formatda olacaq?» başlıqlı məqalədə Pünhan yazır ki, hazırda ölkədə siyasi dairələri məşğul edən əsas məsələ vahid müxalifət ideyasıdır. Bir çox siyasi texnoloqlar da belə qənaətdədir ki, müxalifətin vahid ideya ətrafında birləşməsi ölkənin demokratik inkişafı üçün əla perespektiv aça bilər. Ancaq sual doğuran bir məsələ var: Bu birlik hansı formatda olacaq?



Məqalədə qeyd olunur ki, indilik superpartiya variantı aktualdır. İkinci variant isə, müxalifətin vahid siyasi blok şəklində strukturlaşmasıdır. Lakin hansı variantın real şəraitdə önəmli olduğu əhəmiyyətlidir. Birinci formada birlik o halda reallaşa bilər ki, ümumi düşərgədən müxalifət özünə vahid lider seçsin. Bu, bir qədər müşkül görünür. Ona görə də birinci variantı real şərait üçün elə də əhəmiyyətli hesab etmək olmaz. İkinci formatda birlik isə yaxşı halda müxalifətin birliyi, həmsədrlər institutu, Böyük Məclis və müxtəlif təmayüllü komissiyaların yaradılması prinsipi ilə mümkündür.



«Yeni Müsavat» qəzetindəki «Sahibkarlara qarşı repressiyalar başlayıb» başlıqlı məqalədə Kənan yazır ki, buna misal olaraq «Bakıelektroştamp» və Bakı Poladtökmə Səhmdar cəmiyyətləri ətrafında baş verənləri göstərmək olar. Məqalədə bildirilir ki, adıçəkilən hər iki müəssisənin rəhbərliyi və aparıcı əməkdaşları həbs olunublar və indi yüzlərlə fəhlə işsiz qalıb.



Müəllif yazır ki, İqtisadi İnkişaf naziri Fərhad Əliyevin həbsindən sonra iş adamlarına və iri müəssisələrə qarşı basqılar xüsusiylə çoxalıb. Məqalədə bildirilir ki, sahibkarların həbsi məmur özbaşınalığı və qisas xarakterlidir. Eyni zamanda qeyd olunur ki, bu kimi hallar hakimiyyət daxilində əmlak və pul üstündə gedən mübahisələrin günbəgün qızışmasından da xəbər verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG