Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:37

«Bosşelf»də tətil olmadı


Səs: Real audio
İşçilərin tələbləri ödəndi Tələbləri ödəndiyi üçün «Bosşelf» Şirkətinin yerli işçiləri dekabrın 12-nə təyin etdikləri tətili keçirməmək qərarına gəliblər. Bu haqda azərbaycanlı işçilərin Tətil Komitəsinin sədri Allahyar Eyyubov məlumat verdi. Onun bildirdiyinə görə, şirkət rəhbərliyi yerli işçilərin maaşını dekabrın 1-dən 20 faiz artırmaq barədə qərar qəbul edib. Gələn ilin yanvarından isə onların maaşı daha 12 faiz qaldırılacaq. Bundan başqa yerli işçilərin məzuniyyət müddəti 21 gündən 31 günədək uzadılacaq. Allahyar Eyyubov deyir ki, onların digər tələbləri, o cümlədən, yerli işçilərin tibbi və həyat sığortası və başqa problemləri yaxın gələcəkdə həllini tapa bilər.



Allahyar Eyyubovun verdiyi başqa bir məlumata görə, dekabrın 13-də onlar «Bosşelf» Şirkətində çalışan yerli işçilərin Həmkarlar Komitəsini təsis edəcəklər.



Fransa-Azərbaycan birgə müəssisəsi olan «Bosşelf» Şirkəti «Azəri-Çıraq-Günəşli» neft yataqlarının işlənməsi üzrə layihənin iştirakçısıdır. Ötən həftə yerli işçilər şirkət rəhbərliyi qarşısında 20-yə yaxın tələb irəli sürmüş və tələbləri yerinə yetirilməyəcəyi halda fasiləsiz aksiyalara başlayacaqlarını bəyan etmişdilər. «Bosşelf» isə Tətil Komitəsinə verdiyi cavabda bildirmişdi ki, həmin tələbləri Beynəlxalq Əməliyyat Şirkəti çərçivəsində layihənin operatoru olan «bp-Azərbaycan» və Dövlət Neft şirkətlərilə müzakirə etməyə başlayıb.



Bir müddət əvvəl həmin layihədə iştirak edən başqa bir podratçı şirkət - «MakDermot»da da yerli işçilər etiraz aksiyası keçirmiş və maaşlarının qaldırılmasına nail olmuşdular.



Dövlət Neft Şirkətinin yeni təyin edilmiş prezidenti Rövnəq Abdullayev isə dekabrın 12-də bildirib ki, bütün neft şirkətlərində mövcud olan problemlər yoluna qoyulacaq.
XS
SM
MD
LG