Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:58
Rubrikalar

Yeni metro stansiyası istifadəyə veriləcək


Səs: Real audio
Onlar müəssisənin prezidenti Nurəddin Zülfüqarlının həbsinə etiraz edirlər - Təxminən üç ilə metronun yeni stansiyası istifadəyə veriləcək. Həmin stansiya «Memar Əcəmi»dən sonra gələcək. Bu barədə Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov məlumat verib. Onun sözlərinə görə, artıq bu işə 72 milyard manat ayırılıb, tikintiyə isə Türkiyənin «Metrotikinti» Səhmdar Cəmyyəti cəlb edilib.



- Yeni manat əskinasları ölkəyə dekabrın üçüncü ongünlüyündə gətiriləcək. Bu barədə Milli Bankın sədri Elman Rüstəmov məlumat verib. O, hesab edir ki, manatın denominasiyası ölkədəki iqtisadi proseslərə təsir etməyəcək.



- Sənaye və Energetika Nazirliyində islahatlar gözlənilir. Bu haqda nazirliyin yeni rəhbəri Natiq Əliyev bildirib. Onun sözlərinə görə, yaxın bir həftədə nazirliyin son illərdəki fəaliyyətini analiz edəcək.



- Dekabrın 12-nə olan məlumata görə, Milli Bankda 1 dollar 4590 manat, 1 avro 5433 manat, 1 rubl isə 159 manatdır.
XS
SM
MD
LG