Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:40

Müxalifət dilemma qarşısında


Səs: Real audio
Onlar müəssisənin prezidenti Nurəddin Zülfüqarlının həbsinə etiraz edirlər 13 may 2006-cı ildə ləğv olunmuş 10 dairə üzrə parlamentə təkrar seçki keçiriləcək. Müxalifətin təkrar seçkiyə gedib-getməmək haqda fikirləri haçalanır



Müxalifətin təkrar seçkidə iştirakını zəruri sayan da, yəni ən kiçik imkanlardan yararlanmağı vacib hesab edən də var, 6 noyabrdakı qanun pozuntularından sonra belə bir addım atmağı əhəmiyyətsiz sayan da. İkincilər daha çox üstünlük təşkil edir. Onların arqumenti budur ki, çoxsaylı beynəlxalq müşahidəçilərin, qurumların nəzarəti altında keçən 6 noyabr seçkisində qanun pozuntuları kütləvi hal aldısa və müxalifətin qələbəsi etiraf olunmuş bir neçə dairədə belə nəticələr sonradan ləğv olundusa, o zaman on dairədə keçiriləcək seçkidə iştirak nə vəd edir? Bir arqument isə budur ki, parlamentin legitimliyini tanımayan müxalifətin yenidən orda təmsil olunmaq uğrunda mübarizəyə qatılması imicinə zərbə vura bilər.



Amma bununla belə, hər iki tərəf hesab edir ki, təkrar seçkiyə hələ bir neçə ay var və hadisələrin inkişafı müxalifətin seçkidə iştirakla bağlı qərarına yeni rakursdan baxmağa səbəb ola bilər. Bu, hakimiyyət və müxalifət daxili proseslərin hansı istiqamətdə getməsindən, Avropa Şurasının yanvar sessiyasında Azərbaycanla bağlı qəbul olunacaq qərardan və Mərkəzi Seçki Komissiyasının tərkibinin necə formalaşmasından və s. asılıdır.



Məsələn, «Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev Avropa Şurasının qərarının müxalifətin növbəti addımlarına təsirini istisna etmir. Yəni seçkiyə obyektiv qiymət verilməklə yanaşı, Azərbaycan hakimiyyətinin qarşısında sərt tələblər qoyulsa, təkrar seçkinin nəticələrindən müsbət nəsə gözləmək olar. Amma ümumilikdə ekspert hesab edir ki, növbəti aylarda ciddi dəyişiklik olmadan, yəni seçki qanunvericiliyi, xüsusən də seçki komissiyaları yenidən formalaşmasa, təkrar seçkiyə qatılmağın əhəmiyyəti yoxdur. Özü də tək müxalifət üçün yox, istənilən özünə hörmət edən siyasi qüvvə üçün.



«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclusa deyir ki, noyabrın 6-da baş verənlərdən sonra müxalifətin təkrar seçkiyə qatılması ona heç bir halda uduş vəd etmir. Çünki o seçkini udsa belə, bu qələbənin etiraf olunacağını demək çətindir. İkincisi, hətta bir neçə dairədə qazanılmış mandat parlamentdə müxalifətin fəaliyyətini görünən etməyəcək.



«Gün səhər» qəzetinin şərhçisi Elxan Şahinoğlunun fikrincə isə, seçkiyə qatılmaqla müxalifət əlavə bir neçə yer qazana və bu tribunadan yararlana bilər. O, hesab edir ki, insan haqları və demokratiya uğrunda mübarizədə hətta saxta hesab olunan parlamentin də imkanlarından yararlanmaq gərəkdir.



Bu fikri bölüşməyən Ərəstun Orculu isə deyir ki, Azərbaycanda parlamentin səlahiyyətləri məhdud olduğundan hadisələrə təsir etmək imkanları yoxdur və «üstəlik beş-on nəfərin əlindən nə gələcək?!»



Elxan Şahinoğlu isə bildirir ki, müxalifət hətta parlamentdə arzu etdiyi şəkildə, ən azı 40-45 nəfərlə təmsil olunsaydı belə, hadisələrin gedişatına təsir etməyəcəkdi. Çünki Milli Məclisdə yenə də çoxluq Yeni Azərbaycan Partiyasına məxsus olacaqdı. Bitərəflərsə, təcrübə göstərir ki, çoxluğun - hakim partiyanın təsiri altına düşəcəkdi. O, sadə bir hesablama aparır. Tutaq ki, noyabr seçkisində 7 yer qazanmış müxalifət təkrar seçkidə daha üç-dörd mandat əldə edir. Bundan başqa özünü müxalifətçi kimi qələmə verən loyal mövqeli daha bir neçə millət vəkilini öz sıralarına cəlb edə bilər. Düzdü, bu fraksiya yaratmağa bəs etməsə də, 15-18 nəfərin apardığı işin nəticələri görünə bilər.



Amma digər iki ekspert bu fikirdədir
XS
SM
MD
LG