Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:53
Rubrikalar

«Neftçi» yenə qələbə qazana bilmədi


Səs: Real audio
Onlar müəssisənin prezidenti Nurəddin Zülfüqarlının həbsinə etiraz edirlər -Dekabrın 14-dən 17-nə qədər Bakı Olimpiya İdman Kompleksində əməkdar idman ustası Abbas Ağalarovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, İsrail, İran, Gürcüstan, Qazaxıstan və Rusiya boks yığmaları yarışa qatılmağa razılıq verib. Azərbaycanı bu yarışda 1987-89-cü il doğumlu gənclər təmsil edəcək.



- Zeynəb Cavadlı 1990-93-cü il doğumlu bədii gimnastlar arasında mütləq Azərbaycan çempionu adını qazanıb. 70-dən çox idmançının qatıldığı və həftəsonu keçirilən ölkə çempionatında öz yaş qrupunda bütün növlər üzrə qalib adını qazanan xanım Cavadlıdan əlavə, digər yaş qruplarında Aelita Xələfova və Aişə Mustafayeva çempion olub.



- Həftəsonu futbol üzrə Azərbaycan çempionatının 12-ci turunun oyunları keçirilib. Şənbə günü «Neftçi» öz meydanında «Karvan»la qolsuz heç-heçə oynayıb, «Olimpik»sə «Bakı»ya 0-1 hesabıyla yenilib. «Gənclərbirliyi» «Şahdağ»ı 3-2, «İnter» isə «MOİK»i 3-0 hesabıyla məğlub edib. Bazar günü keçirilən oyunlarda səfərdə oynayan «Xəzər-Lənkəran» «Turan»a, «Qarabağ» isə «MKT-Araz»a 0-1 hesabıyla yenilib, «Gəncə» öz meydanında «Göyəzən»in qapısından üç cavabsız qol keçirib.



- Həftəsonu Maştağa Olimpiya Kompleksində cüdo üzrə Azərbaycan çempionatı başa çatıb. 240 idmançının qatıldığı yarışda kişilər arasında 7 çəki dərəcəsində qaliblər bəlli olub.
XS
SM
MD
LG