Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:10

Amerika Avropanı parçaladı


Səs: Real audio
Onlar müəssisənin prezidenti Nurəddin Zülfüqarlının həbsinə etiraz edirlər Avropada gizli həbsxanalar axtarılır



ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə [MKİ] məxsus gizli həbsxanalarla bağlı məlumatlarda Azərbaycanın adı ilk dəfə olaraq ötən ayın sonlarında çəkilməyə başlandı. Avstriya Hava Yollarının rəhbəri Erix Vulf bildirib ki, 2003-cü il yanvarın 21-də MKİ-nin C-130 Herkules təyyarəsi Frankfurtdan Azərbaycana uçarkən Avstriyanın hava məkanından keçib. O, əlavə edib ki, Avstriya həmin təyyarədə şübhəli yaraqlıların olması qənaətinə gəlib.



Avropa Şurasının [AŞ] Baş katibi Terri Devis isə qurumun üzvü olan 46 ölkəni məsələylə bağlı hərtərəfli məlumat verməyə çağırdı. Hazırda quruma üzv ölkələrin hamısında MKİ-nin gizli həbsxanalarının olmasını araşdırmaq üçün Xüsusi Qrup yaradılıb.



AŞ-ın Azərbaycandakı xüsusi nümayəndəsi Mats Lindberqsə ötən həftə «Azadlıq» radiosuna müsahibəsində deyib ki, həmin qrupun Bakıya gələcəyi barədə indidən dəqiq heç nə deyə bilməz: «Bu araşdırmanı Avropa Şurası Parlament Assambleyası həyata keçirir. Amma hansı ölkələrdə araşdırma aparılacağına dair hələlik dəqiq məlumat yoxdur». Cənab Lindberqin fikrincə, Azərbaycanda bu cür həbsxanaların olub-olmamasını indidən heç kim deyə bilməz. «Araşdırmanın nəticəsi bəlli olmadan biz hər hansı dövləti bəri başdan töhmətləndirə bilmərik» - deyə, o, vurğulayıb.



MKİ-nə məxsus təyyarələr barədə məlumatlar yayılanda Dövlət Hava Yolları Konserni – «AzAL» həmin uçaqların Azərbaycana uçmasını nə təsdiq, nə də inkar etmişdi. İdarə rəsmisinin dediyinə görə, MKİ-nin təyyarəsinin nə vaxtsa Azərbaycanın hava məkanından istifadə etməsi barədə onlarda məlumat yoxdur.



Xarici İşlər Nazirliyinin [XİN] Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə isə bildirir ki, məsələylə bağlı Avropa Şurasından heç bir rəsmi sorğu almayıblar. O, XİN-də Azərbaycanın hava məkanından istifadə edən təyyarələr barədə məlumat olmadığını deyir.



Milli Təhlükəsizlik Nazirliyinin [MTN] İctimai Əlaqələr Mərkəzinin rəisi Arif Babayev isə Azərbaycan ərazisində hər hansı xarici ölkə bazasının mövcudluğunu təkzib edir.



Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyevsə bu fikirdədir ki, məsələni təkzib edən Azərbaycan rəsmilərinə inanmaq olmaz, çünki hətta doğru olsa belə, onlar bunu inkar etməyə çalışacaqlar. Cənab Mehdiyev Azərbaycanın ABŞ-la terrorla mübarizə çərçivəsində bu cür əməkdaşlıq formasının mümkün olduğunu deyir.



Elxan Mehdiyev bildirir ki, MKİ təyyarələrinin uçuşları barədə məlumatları açıqlayan Avropa ölkələri azad və demokratikdir, hökumət parlament qarşısında məsuliyyət daşıyır və gizli həbsxana məsələsində hesabat verməyə borcludur. Azərbaycanda isə hökumətdən belə bir hesabat istəyən yoxdur.



Sonda bir məsələni xatırladaq ki, bu ilin əvvəlində MKİ-nin hesabatı açıqlanmışdı. Həmin hesabata görə, Pakistan və Əfqanıstandan Çeçenistana terrorçu marşrutu var və bu marşrut Türkiyə və Azərbaycan ərazisindən keçir. MTN həmin vaxt bu məsələyə münasibət bildirərkən qısaca ölkənin beynəlxalq terrorla daim mübarizə apardığını vurğulamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG