Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:56
Rubrikalar

«Yarımçıq Əlyazma» romanı Parisdə nəşr olunub


Səs: Real audio
Onlar müəssisənin prezidenti Nurəddin Zülfüqarlının həbsinə etiraz edirlər Bu «İz»də:



- "Sənət olayı və mədəniyyət" mövzusunun izinə düşəcək;



- Bakı Fransız Mədəniyyət Mərkəzində «Yarımçıq Əlyazma» romanının təqdimat mərasimindən xəbər tutacaq;



- «Roman» sözünün lüğəti mənasını yada salacaq;



- «Mentalitet dolması»nı dadacaq;



- və hər dəfə tanınmış yazıçı, görkəmli dilçi-alim Kamal Abdullanın açıqlamalarını eşidəcəksiz



DƏDƏ QORQUDDAN BƏHS EDƏN «YARIMÇIQ ƏLYAZMA» ROMANI FRANSIZCA ÇIXIB



Dekabrın 8-də Bakıdakı Fransız Mədəniyyət Mərkəzində yazıçı-dramaturq Kamal Abdullanın Parisin "Harmattan" nəşriyyatında fransızca çıxmış «Yarımçıq Əlyazma» romanının təqdimat mərasimi keçirildi.



İzabel Rişar və Firuzə Bayramovanın çevirdiyi "Azərbaycan ədəbiyyatı" seriyasından çıxan bu romana maraq böyük idi. Əks halda, Fransız Mədəniyyət Mərkəzinin elə də kiçik olmayan zalı ağzınadək dolmazdı. Elə çıxışçılar da bu nüansı vurğulayırdılar.



Yazıçı Anar: "Çox sevinirəm ki, bu gün bu əsər Fransada da çıxır. Çünki Fransada tanınmaq bütün dünyada tanınmaq deməkdir".



Türkoloq Tofiq Hacıyev: "Əgər fransız ədəbiyyatı bu romanı öz oğuzuna təqdim edirsə, demək, bu, müasir Azərbaycan ədəbiyyatının bir nailiyyətidir".



Kamal Abdulla özü də danışdı. Mərasimə toplaşanlara və bu işə əmək verənlərə təşəkkür edib şair Blokdan bir misra söylədi: "Tükənməzdir döyüş, rahatlıq bizə ancaq duyğularımızda gərəkdir".



«BUGÜNKÜ ƏDƏBİYYAT ANCAQ BƏDİİ SÖZDƏN İBARƏT DEYIL»



Mövzu bələdçimiz "Yarımçıq Əlyazma" romanının müəllifi Kamal Abdulladır.



Aparıcı: Kamal Abdullanın öz fikrincə, onun «Yarımçıq Əlyazma»sı mədəniyyətə nə verir? Başqa sözlə, ədəbiyyatşünas və kulturoloq Kamal Abdulla yazıçı Kamal Abdullayla nələrdə razıdır və nələrdə fikir haçalanması var?



Kamal Abdulla: "Bu gün dünya ədəbiyyatına ötəri də olsa nəzər salsaq, görərik ki, bir çox ünlü yazarların əsərlərində çox ciddi elmliliklə çox ciddi bədii söz birləşmiş kimidir. Yəni bugünkü ədəbiyyat ancaq bədii sözdən ibarət deyil. O söz gərək çox elmi bir biçimə və elmi informatik məzmuna dolsun... Azərbaycan ədəbiyyatında bunun nümunələrindən biri də hesab edirəm ki, "Yarımçıq Əlyazma" oldu".



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG