Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:51

«Bakıelektroştamp»ın fəhlələri mitinq keçirdilər


Səs: Real audio
Onlar müəssisənin prezidenti Nurəddin Zülfüqarlının həbsinə etiraz edirlər Dekabrın 12-də «Bakıelektroştamp» Səhmdar Cəmiyyətinin (SC) 300-ə yaxın fəhləsi müəssisənin prezidenti Nurəddin Zülfüqarlının həbs edilməsinə etiraz mitinqi keçirdilər. Cəmiyyətin icraçı direktoru Adilxan Musayevin dediyinə görə, hüquq-mühafizə orqanları cənab Zülfüqarlını həbs edəndən sonra fəhlələrə işləmək imkanı verilmir.



Fəhlələri müəssisəyə daxil olmağa qoymayan polislərlə işçilər arasında qarşıdurma yarandı. Nərimanov Rayon Polis İdarəsinin Əlahiddə Polis Bölüyünün komandiri Adil Talıbov bildirir ki, polislər müəssisədəki yoxlamaya nəzarət edirlər.



«Bakıelektroştam» SC-nin hüquqşünası Aslan İsmayılovun dediyinə görə, müəssisənin təsisçiləri – Nurəddin, Polad və Rövşən Zülfüqarlı qardaşları dekabrın 9-da həbs olunublar. Saxlananların vəkili kimi isə ona görüş verilmir: «Həbsi Daxili İşlər Nazirliyinin (DİN) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları həyata keçirib. Əlimdə order olsa da, dörd gündür mənə tutulanlar haqda heç bir məlumat verilmir».



DİN-in Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə bildirir ki, üç nəfər deyil, yalnız Nurəddin Zülfüqarlı saxlanıb: «Nurəddin Zülfüqarlı hədə-qorxu ilə tələb etmə ittihamı ilə saxlanılıb. Bunun müəssisənin fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Orda heç bir yoxlama aparılmır. Konkret şikayət araşdırılır».



Vəkil Aslan İsmayılovun verdiyi məlumata görə, fəhlələr etiraz aksiyasını dekabrın 13-də də davam etdirəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG