Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:42

Almaniyada «Azərbaycan Evi»


Səs: Real audio
«Azadlıq» bloku və Milli Birlik Hərəkatının noyabrın 26-da keçirdiyi mitinq zamanı 15 gün müddətinə həbs olunmuş Liberal partiyasının sədr əvəzi Əvəz Temirxan azadlığa buraxılıb "Qlobus"un bu dəfəki qonaqları:



- Berlində yaradılan "Almaniyada Azərbaycan Evi" Cəmiyyətinin sədri Tofiq Qarayev;



- Yaponiyada oxuyan Xaqani Məlikov;



- və İsveçdəki Azərbaycan Akademik Birliyinin sədri Bəhram Atabəyli



- "Qlobus"un ötən buraxılışında biz Berlində "Almaniyada Azərbaycan Evi" Cəmiyyətinin yaradılması barədə məlumat vermişdik. Bu təşkilat vaxtilə Azərbaycanda yaşamış müxtəlif millətlərin nümayəndələrini, o cümlədən Sovet hökuməti dövründə Azərbaycanın ali təhsil ocaqlarında oxuyan almanları birləşdirir.



Cəmiyyətin sədri Tofiq Qarayevdir. O, 8 il əvvəl Almaniyaya köçüb. Azərbaycan dilində danışmaqda çətinlik çəkdiyi üçün tez–tez rus dilinə keçməli olur. Tofiq Qarayev deyir ki, Almaniyadakı şəraitindən razı olsa da, Azərbaycandan çox darıxır və hər il vətəninə gedir.



- Növbəti qonağımız Yaponiyada oxuyan Xaqani Məlikovdur. Xaqani Türkiyədə ali təhsil aldıqdan sonra Niqata Dövlət Universitetinin iqtisadi fakültəsində təhslini davam etdirib. 3 ildən çoxdur ki, Yaponiyada yaşayır, hazırda doktoranturada oxuyur.



- Daha bir qonağımız isə İsveçdəki Azərbaycan Akademik Birliyinin sədri Bəhram Atabəylidir.



O, İran azərbaycanlılarındandır. 20 il əvvəl təhsil almaq ücün İsveçə gəlib və o vaxtdan da bu ölkədə qalıb. Hazırda Göteburq şəhərində yaşayır.



Bəhram Atabəyli Azərbaycanda İnformasiya Texnologiyaları Universitetinin yaradılması layihəsinin koordinatorudur. Dekabrın əvvəlində bununla bağlı İsveçin Göteburq Universitetinin nümayəndə heyəti Azərbaycanda olub və bu layihə ilə bağlı Azərbaycan rəsmiləri ilə danışıqlar aparıb.



- Və sonda Almaniyadan bir xəbər. Almaniyada yaşayan bir qrup azərbaycanlı "Azərbaycan tədqiqatları" adlı elmi dərgi nəşr etdirməyə hazırlaşır. Bu haqda "Qlobus"a Bohum şəhərində fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin sədri Mərdan Ağayev danışdı.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG