Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:44

Əvəz Temirxan azadlığa buraxılıb<p align=`left`><br><br>


Səs: Real audio
«Azadlıq» bloku və Milli Birlik Hərəkatının noyabrın 26-da keçirdiyi mitinq zamanı 15 gün müddətinə həbs olunmuş Liberal partiyasının sədr əvəzi Əvəz Temirxan azadlığa buraxılıb Əvəz Temirxanın sözlərinə görə, aksiya vaxtı ciddi xəsarət aldığından, Nərimanov rayon Polis İdarəsinin təcridxanasından çıxan kimi böyrəyindəki ağrılarla bağlı həkimə yollanıb və analiz verib. Amma o, polis idarəsində fiziki təzyiqlə üzləşmədiyini bildirir.



Əvəz Temirxanın səhhətindəki ağrılarla bağlı təmsil olunduğu partiya bəyanat verərək ona ilkin tibbi yardım göstərilmədiyini bildirmiş və onun azadlığa buraxılmasını tələb etmişdi.



Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov noyabrın 26-da aksiya iştirakçılarının, o cümlədən Əvəz Temirxanın döyülməsini şərh etmək istəməmiş, yalnız bunu demişdi ki, həmin gün 46 nəfər polis əməkdaşı da müxtəlif dərəcəli bədən xəsarəti alıb.



Əvəz Temirxan polisə tabe olmadığına və müqavimət göstərdiyinə görə 15 sutka azadlıqdan məhrum olunmuşdu.



«Azadlıq» blokunun verdiyi məlumata görə, noyabrın 26-da 40-dan artıq insan saxlanılıb və 30 nəfərə inzibati cəza verilib. 300 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG