Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:00

Ləğv edilmiş dairələrdə təkrar seçki mayın 13-də keçiriləcək<p align=`left`><br><br>


Səs: Real audio
Dekabrın 12-dən seçkidə iştirak etmək istəyənlər namizədliklərini irəli sürə bilərlər Prezident İlham Əliyev «Bəzi seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisi deputatlarının təkrar seçkilərinin təyin edilməsi haqqında» sərəncam imzalayıb. Sənədə əsasən 9 saylı Binəqədi ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt–Abşeron, 69 saylı Cəlilabad–Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd seçki dairələri üzrə Milli Məclisin deputatlarının təkrar seçkiləri 2006-cı il mayın 13-nə təyin edilib.



Mərkəzi Seçki Komissiyasının Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev isə deyir ki, qurum dekabrın 12-də keçiriləcək toplantısında təkrar seçkilə bağlı təqvim planını təsdiqləməlidir. Cənab Sarıyevə görə, artıq bazar ertəsindən seçkidə iştirak etmək istəyənlər namizədliklərini irəli sürməyə başlaya bilərlər.



Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının yaratdığı «Azadlıq» seçki bloku və Milli Birlik Hərəkatı təkrar seçkidə iştirakla bağlı hələlik yekun qərar verməyib.



Beynəlxalq qurumların təkrar seçkinin yaxın müddətdə keçirilməsi ilə bağlı çağırışlarına baxmayaraq, hökumətin seçkinin vaxtını təxminən yarım il sonraya təyin etməsini ekspertlər iqtidardaxili gərginliklə izah edirlər. «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu son günlər hakimiyyətdə ciddi yerdəyişmələr aparıldığına diqqəti çəkir. Onun qənaətincə, hakimiyyətdaxili mübarizə yeni mərhələyə keçir: «Bu mərhələ başa çatmadan ölkə başçısı seçki kimi ciddi məsələni gündəliyə gətirmək istəmir» - deyə, o vurğulayır.
XS
SM
MD
LG