Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:25

<i>«Bakı-Xəbər»</i>: «Yeni parlamentin İqtisadiyyat Komissiyası nəyisə dəyişmək ixtiyarına malikdirmi?»


Səs: Real audio
Dekabrın 12-də Bakıda Avropa İttifaqının "Yeni qonşuluq siyasəti"nə dair müzakirələr başlayır. Müzakirələrdə Azərbaycanın üzərinə götürəcəyi öhdəliklər müəyyənləşəcək «Bakı-Xəbər» qəzetindəki «Yeni parlamentin İqtisadiyyat Komissiyası nəyisə dəyişmək ixtiyarına malikdirmi?» başlıqlı məqaləsində Elxan Qüdrətoğlu yazır ki, Milli Məclisin ilk iclasında komissiya sədrləri təyin olundu. İqtisadiyyat Komissiyasını isə akademik Ziyad Səmədzadəyə həvalə etdilər. Məqalədə bildirilir ki, sözsüz ki, bu komissiyada vaxtilə Baş nazir işləmiş tanınmış iqtisadçı Əli Məsimov da təmsil olunacaq. Əgər köhnə parlamentdə İqtisadiyyat Komissiyasının iki əsas fiquru Sətta Səfərov və Əli Əlirzayev idisə, yenisində Ziyad Səmədzadə və Əli Məsimov olacaq.



Müəllif yazır ki, köhnə parlamentdə bu əsas fiqurlar hökumətin iqtisadi siyasətinə təsir edə bilmirdisə, parlament hətta Nobel mükafatına layiq görülən iqtisadçını seçsə belə, yenə də iqtisadi siyasətə təsiri olmaycaq. Müəllif yazır ki, bütün bunlar onu göstərir ki, indiki, yaxud bundan öncəki parlamentin əsas problemi mütəxəssis problemi deyil. Məqalədə bildirilir ki, problem parlamentin avtoritetindədir. Saxta və icra hakimiyyətinin notariusuna çevrilən bir Milli Məclis sözsüz ki, gözükölgəlidir və qərarların qəbuluna real təsir imkanlarından məhrumdur.



«Yeni Azərbaycan» qəzeti bu günki buraxılışını bütövlükdə mərhum prezident Heydər Əliyevin vəfatının ikinci ildönümünə həsr edib. Qəzet yazır ki, Azərbaycan Heydər Əliyevin simasında indiyə qədər yetişdirdiyi barmaqla sayıla biləcək dahilərindən birini də itirib. Heydər Əliyevi Azərbaycanın dünəni və bu günü adlandıran qəzet yazır ki, ölkə siyasətində Heydər Əliyevlə rəqabət apara biləcək siyasətçi yox idi və yaxın illərdə olmayacaq da. Heydər Əliyev siyasi karyerası boyu bütöv bir obraz yaratmışdı.



Məqalədə bildirilir ki, bu obrazı gözəgəlimli edən keyfiyyətlərdən biri mərhum prezidentin insanlarla münasibətdə sadə davranışı idi. Sadə, bəzən də sadəlövh görünən bu davranışların arxasında sonradan mövqeyini qəti şəkildə ortaya qoymaq istəyi də dururdu. Heydər Əliyev istər sovet dövründə, istərsə də Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin mədəni, siyasi həyatının inkişafı üçün kifayət qədər iş görmüş bir sima olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG