Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:40

Azərbaycanla «Qonşuluq siyasəti» müzakirə olunur


Səs: Real audio
Dekabrın 12-də Bakıda Avropa İttifaqının "Yeni qonşuluq siyasəti"nə dair müzakirələr başlayır. Müzakirələrdə Azərbaycanın üzərinə götürəcəyi öhdəliklər müəyyənləşəcək Məlumatı Azərbaycan xarici işlər nazirinin müavini Tahir Tağızadə verib. O deyir ki, xarici işlər naziri Elmar Məmmədyarov Bakıda başlanan danışıqları dekabrın 13-də Brüsseldə keçiriləcək görüşdə davam etdirəcək.



Avropa İttifaqıyla münasibətlərin qurulmasında Azərbaycanın Şimali Kiprlə əlaqələrinin maneə olması barədə deyilənlərə gəlincə, Tahir Tağızadə bildirdi ki, «türk» Kipri ilə yalnız işgizar əlaqələr olub və qarşılıqlı səfərlər də eyni xarakter daşıyıb.



Bir müddət əvvəl Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində «yunan» Kiprinin nümayəndələri də Bakıya səfər etmişdilər. XİN rəsmisi bu səfərin də "Yeni qonşuluq siyasəti" məsələsinə dəxli olmadığını bildirib. O deyir ki, "yunan" Kiprini təmsil edən qonaqların da səfərləri işgüzar xarakterli olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG