Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:52
Rubrikalar

Natiq Əliyev energetika naziri oldu


Səs: Real audio
«Demokratiyanı xaricdən idxal etmək mümkün deyil. Demokratiyanın bünövrəsi daxildə, ölkənin içində qoyulmalıdır. Və demokratiya üçün belə bir özül insan haqlarının qorunması deməkdir» - Prezident İlham Əliyev sənaye və energetika naziri Məcid Kərimovu vəzifəsindən azad edib. Məcid Kərimov «Azərkimya» Dövlət Şirkətinin prezidenti təyin edilib.



Sənaye və energetika naziri vəzifəsinə isə Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev gətirilib.



Dövlət Neft Şirkətinin prezidenti postuna isə "Azərneftyağ" İstehsalat Birliyinin sabiq rəhbəri, son parlament seçkilərində Bakının Nizami rayonundan deputat seçilən Rövnəq Abdullayev təyin edilib.



- İqtisadi inkişaf naziri Heydər Babayev onun təyinatından əvvəl nazirliyin başladığı «Hamı yerli mal alsın, xeyir Vətənə qalsın» kampaniyasının dayandırıldığını bildirib. Onun fikrincə, bu xaricdən mal gətirən biznesmenlərin hüquqlarını pozur.



- Dekabrın 9-a olan məlumata görə, Milli Bankda 1 dollar 4 590, 1 avro 5 421, 1 rubl isə 158 manatdır.
XS
SM
MD
LG