Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:37

ABŞ səfiri tələbələrin sərt sualları ilə üzləşdi


Səs: Real audio
«Demokratiyanı xaricdən idxal etmək mümkün deyil. Demokratiyanın bünövrəsi daxildə, ölkənin içində qoyulmalıdır. Və demokratiya üçün belə bir özül insan haqlarının qorunması deməkdir» Birləşmiş Ştatların Azərbaycandakı səfiri Rino Harniş Xəzər Universitetində İnsan haqları günü ilə bağlı tələbələr qarşısında çıxışında belə dedi. O hesab edir ki, hər hansı demokratik ölkədə insan haqları sərbəst toplaşma, söz azadlığı, eləcə də öz hökumətini seçə və tənqid edə bilmək azadlığı kimi fundamental haqların üzərində qurulur.



Cənab Harniş bildirdi ki, azərbaycanlılara öz hüquqlarını qorumağa, qanunun aliliyini təmin etməyə və mətbuatın peşəkarlığını artırmağa yardım məqsədilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Avrasiya Fondu və başqa tərəfdaş təsisatlar həmişə qrantlar ayırır. Onun sözlərinə görə, ölkəsi son bir neçə ayda azərbaycanlıların öz hökumətini qurmaq hüququnun təmin olunması üçün də çalışıb.



«Amma əlbəttə, bütün bunlara baxmayaraq, seçkidən əvvəl də, seçki günü də problemlər oldu. İcra qurumları, hökumət rəsmiləri öz namizədlərinin xeyrinə səlahiyyətlərindən sui-istifadə etdilər. Eləcə də polis əsassız zorakılığa yol verib, sərbəst toplaşma azadlığını məhdudlaşdırmaq üçün özbaşına həbslər aparıb. Hətta mən özüm də eşitmişəm ki, bəzi ali məktəblərdə rektorluq tələbələri müxalifətin mitinqlərində iştirakına görə cəzalandırıb. Hesab edirəm ki, əsas insan haqlarının, yəni öz hökumətini seçmək və sərbəst toplaşma azadlığının belə ciddi şəkildə pozulması yolverilməzdir».



Bununla belə Rino Harniş deyir ki, seçkilərin beynəlxalq standartlara cavab verməməsinə baxmayaraq, müəyyən uğurlar da qazanılıb. Bu uğurlardan biri budur ki, seçkidə uduzmuş namizədlər növbəti seçkilərədək gözləmək niyyətində deyillər və demokratik islahatların aparılması yönündə addımlar atmaq istəyirlər. Və onlar kimi ABŞ da növbəti seçkilərədək gözləməyəcək. Demokratiyanın inkişafı yönündə cəsarətli adamlarla əməkədaşlıq davam etdiriləcək.



Cənab Harnişin sözlərinə görə, vətəndaş cəmiyyətinin imkanlarının möhkəmləndirilməsi məqsədilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi növbəti beş ildə 15 milyon dollar qrant ayırmağı planlaşdırıb. Bundan başqa yeni seçilmiş parlamentin cavabdehliyini artırmaq, parlamentin şəffaflığını təmin etmək üçün daha bir layihə reallaşdırılacaq. Amma səfir əlavə etdi ki, sonda ölkəsi demokratik inistitutları yarada yox, yalnız dəstəkləyə bilər.



Görüş zamanı səfir Rino Harniş tələbələrin kəskin sualları ilə də üzləşdi. Bəzi tələbələr Birləşmiş Ştatların Azərbaycanda demokratiyanın, insan haqlarının neftə və sabitliyə qurban verdiyini bildirdilər.



Rino Harniş isə cavabında söylədi ki, ABŞ-ın bölgədə maraqları 3 əsas prinsipə söykənir: təhlükəsizlik, demokratik islahatlar və neft.



"Hesab edirəm ki, ayrı-ayrılıqda təhlükəsizlik və ya neft-qaz sahəsində əməkdaşlıq demokratik islahatlarsız həyata keçirilə bilməz... Bizim məqsədimiz də son bir ildə daha yaxşı seçkilərin keçirilməsinə və daha yaxşı imkanların yaradılmasına nail olmaq idi».



Daha bir sual ABŞ-ın Azərbaycan polisinə ayırdığı 2.5 milyon dollarlıq qrantla bağlı oldu. Tələbə sual verdi ki, «Siz bu pulu polisə mitinqlərə çıxan vətəndaşları daha yaxşı döyməsi üçünmü ayırmısız?». Cavabı gözləməyən tələbələr sualı bir müddət alqışladılar. Yalnız rektor Hamlet İsaxanlının müdaxiləsindən sonra alqışlar dayandı və səfir sualı cavablandırdı:



«Yəqin bu sualdan tələblərin də xoşu gəldi… Yox, yox. Əslində bizim polislə əməkdaşlığımızın məqsədi odur ki, əhaliylə polis arasındakı münasibətləri yaxşılaşdırmağa kömək edək. Aydınlaşdırmaq istəyirəm ki, bizim məqsədimiz Av

Günün bütün mövzuları

XS
SM
MD
LG