Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:52
Rubrikalar

«Nicat» «Trabzonspor»u məğlub etdi


Səs: Real audio
Dekabrın 8-i saat 21-dən dekabrın 9-u saat 21-dək hava yenə də dumanlı olacaq - Yeniyetmələrdən ibarət Azərbaycanın "Nicat" futbol klubu Türkiyənin Trabzon şəhərində keçirilən beynəlxalq turnirdə ikinci olub.



AFFA-nın yaydığı xəbərə görə, qrup mərhələsindəki hər 3 oyunda qalib gələn Azərbaycan futbolçuları finalda "Trabzonspor"un gənclər komandasına 0-4 hesabıyla qalib gəliblər. "Nicat" komandasının 4 oyunçusu turnirin ən yaxşıları mükafatına layiq görülüb.



- Həftəsonu futbol üzrə Azərbaycan çempionatında 12-ci turun 4 oyunu keçiriləcək. Dekabrın 10-da "İnter" OMİK-i, "Gənclərbirliyi" "Şahdağ"ı, "Neftçi" "Karvan"ı, "Olimpik" isə "Bakı"nı qəbul edəcək. Dekabrın 11-də isə "Gəncə" "Göyəzən"lə, "MKT Araz" "Qarabağ"la, "Turan" "Xəzər-Lənkəran"la qarşılaşacaq.



- Dekabrın 9-da Maştağadakı olimpiya kompleksində qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının startı verilib. Zədə üzündən Azərbaycan milli komandasının üzvləri – Kifayət Qasımova və Elçin İsmayılov yarışlara qatılmayıb. Çempionatda ümumilikdə 230 idmançı iştirak edir.
XS
SM
MD
LG