Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:08

«Azadlıq» bloku Bakı meriyasını məhkəməyə verir


Səs: Real audio
Dekabrın 8-i saat 21-dən dekabrın 9-u saat 21-dək hava yenə də dumanlı olacaq Bununla bağlı blokun yaydığı məlumatda bildirilir ki, müxalifətə «Qələbə» meydanında mitinq keçirməyə icazə verməməklə meriya bir sıra qanunları, o cümlədən vətəndaşların konstitusion hüquqlarını tapdalayır.



AXCP sədrinin müşaviri Tofiq Quliyev deyir ki, «Azadlıq» bloku şəhər meriyasına qarşı vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi qaldırılmasını tələb edəcək.



Həmçinin, dekabrın 8-də «Azadlıq» bloku, «Milli Birlik Hərəkatı» və Milli İstiqlal partiyası Respublika Prokurorluğunun müxalifətin 26 noyabr mitinqində polislə vətəndaşlar arasında baş verən qarşıdurmanı araşdırmaq məqsədilə açdığı cinayət işinin gedişinə dair bəyanatla çıxış ediblər.



Bəyanatda ölkə prokurorluğundan işi obyektiv araşdırmaq, insanlara güc tətbiq edənləri cinayət məsuliyyətinə cəlb etmək tələb olunur. Müxalifətçilər müxalifət liderləri, o cümlədən başqa-başqa adamları ölkə prokurorluğuna çağırıb sorğu sual etməyi insanlara təzyiq kimi qiymətləndirirlər.
XS
SM
MD
LG