Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:12

Güc qurumları üz-üzə


Səs: Real audio
Şirkət işçilərin tələblərini müzakirə etməyə hazır olduğunu deyir Ekspertlər hesab edirlər ki, hüquq-mühafizə orqanları arasında ziddiyyətlər var



Son vaxtlar hüquq-mühafizə orqanları ilə bağlı iki məlumat diqqəti çəkir. Daxili İşlər Nazirliyinin istintaq idarəsinin keçmiş rəisi Zakir Nəsirovun cinayətdə günahlandırılmasına DİN və Baş Prokurorluğun fərqli münasibəti. Bir də Gəncədə istintaq bölməsinin rəhbəri Koroğlu Qasımova qarşı prokurorluğun cinayət işi açması.



«Femida» qəzetinin baş redaktoru Eyyub Kərimov deyir ki, güc strukturları özləri etiraf etməsələr də, onlar arasında ziddiyyətlər var və bu, davam edir. Onun sözlərinə görə, DİN və Respublika Prokurorluğu arasında belə hallar baş verdikdə ölkə başçısı dərhal bu qurumların rəhbərlərini vəzifədən kənarlaşdırmalı idi.



Eyyub Kərimov baş verənlərin təsadüf olmadığını bildirir. Baş prokurora seçkilərdən sonra danışmaq tapşırılıb. Ancaq yəqin ki, daxili işlər naziri də bunu cavabsız qoymayacaq.



Ötən parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasında çalışmış, millət vəkili Zahid Oruc deyir ki, əgər söhbət konkret Zakir Nəsirovla bağlı məsələdən gedirsə, bəzi mətbu orqanlarının iddia etdiyi kimi, bunu bunu hüquq-mühafizə orqanlarının çəkişməsi və ya birinin digərini sıradan çıxarmaq cəhdi kimi izah etmək ciddi səslənmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG