Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:10

«Bosşelf» Şirkətində tətil yenidən başlaya bilər


Səs: Real audio
Şirkət işçilərin tələblərini müzakirə etməyə hazır olduğunu deyir «Azəri», «Çıraq» və «Günəşli» neft yataqlarının işlənməsi üzrə layihənin iştirakçısı «Bosşelf» Fransız - Azərbaycan Şirkətində çalışan yerli işçilər yenidən kütləvi aksiyalara başlayacaq. Bu barədə şirkətin azərbaycanlı işçilərinin Tətil Komitəsinin rəhbəri Allahyar Əyyubov məlumat verdi. Onun sözlərinə görə, «Bosşelf» rəhbərliyinin tələblərinə verdiyi cavabdan razı qalmayıblar və buna görə də dekabrın 12-də bir saatlıq xəbərdarlıq tətili keçirəcəklər. Tələblərsə maaşların və məzuniyyət müddətinin artırılması, tibbi və həyat sığortası kimi məsələlərlə bağlıdır.



Cənab Əyyubov deyir ki, əgər xəbərdarlıq aksiyası bir nəticə verməsə, onlar dekabrın 16-dan fasiləsiz tətilə başlayacaqlar.



«Bosşelf» Şirkəti isə yerli işçilərə verdiyi yazılı cavabda bildirir ki, onların tələblərini müzakirə etməyə hazırdır. Amma həmin məsələlər yalnız şirkət səviyyəsində deyil, daha yüksək instansiyada müzakirələr tələb edir. Bu məqsədlə «Bosşelf» Beynəlxalq Əməliyyat Şirkəti çərçivəsində birgə işlədiyi «bp-Azərbaycan» və Dövlət Neft Şirkətinə müraciət edib.



«bp-Azərbaycan»ın Əlaqələr üzrə meneceri Tamam Bayatlı isə bildirir ki, artıq Dövlət Neft Şirkəti də cəlb edilməklə məsələlərin müzakirəsinə başlanılıb.



Tətil Komitəsinin sədri Allahyar Əyyubov isə deyir ki, onlar şirkət rəhbərliyinin məsələnin yüksək səviyyədə müzakirəyə ehtiyac olmasıyla bağlı mövqeyini problemlərin həllini uzatmaq cəhdi kimi qiymətləndirirlər.
XS
SM
MD
LG