Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:28

Naxçıvan aeroportunda yüzlərlə sərnişin təyyarə gözləyir


Səs: Real audio
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Viylam Tol məcburi köçkünlərə gələcəkdə də yardımlar edilməsinin planlaşdırıldığını deyir Hava dumanlı olduğuna görə dekabrın 3-dən heç bir təyyarə qəbul edə bilməyən Naxçıvan Muxtar Respublikası (NMR) Hava Limanına dekabrın 7-dən 8-nə keçən gecə üç sərnişin təyyarəsi enib. Bakıdan gələn təyyarələrlə bir neçə gündür ki, aeroportda gecələyən 450-ə yaxın sərnişin yola sanınıb. Gəncədən gələn təyyarə isə yerə enə bilmədiyindən geri qayıtmağa məcbur olub.



Hazırda Hava Limanında yüzlərlə sərnişin təyyarə gözləyir. Gecə saatlarında aeroporta təyyarə enəcəyi gözlənilir.



Dekabrın 7-də İran ərazisindən keçməklə avtobuslarla Biləsuvara göndərilən 132 sərnişin isə artıq Bakıdadır. Naxçıvan Şəhər Avtovağzalından bu məlumatı veriblər. Oradan onu da bildiriblər ki, gecə saatlarında avtovağzala Bakı Hava Limanından Naxçıvana gələn sərnişinləri gətirən üç avtobusun daxil olacağı gözlənilir. Həmin avtobuslarla yenidən Naxçıvanda qalan sərnişinlərin Biləsuvara aparılmasına dair isə heç bir məlumat yoxdur.



Bu arada Naxçıvan Hidrometerologiya İdarəsindən verilən məlumatda bildirilir ki, dekabrın 9-da da Muxtar Respublikada havanın dumanlı olacağı və yağış yağacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG