Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:18
Rubrikalar

Kunq-fuçular 4 qızıl medal qazanıb


Səs: Real audio
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Viylam Tol məcburi köçkünlərə gələcəkdə də yardımlar edilməsinin planlaşdırıldığını deyir - FIFA 2006-cı ildə Almaniyada keçiriləcək Dünya Kuboku oyunları üçün 229 milyon dollardan artıq vəsait ayırıb. Dünya Kubokunu qazanan yığma 18.75 milyon dollar qazanacaq.



- İtaliyanın Milan şəhərində peşəkar kunq-fu üzrə Dünya Kuboku yarışı sona çatıb. Azərbaycanı təmsil edən 7 idmançıdan 6-sı medalla qayıdıb. Babək Əliyev, Ramil Allahverdiyev, Emil Əliyev və Barat İsrafilov qızıl medalların sahibi olublar. İntiqam Qurbanov və Nicat Qədirov bürünc medal qazanıblar.



- Dekabrın 8-də Moskvada yeniyetmələr arasında beynəlxalq güləş festivalına strat verilib. Festivalda 8 Azərbaycan güləşçisi də mübarizəyə qoşulub. Turnir dekabrın 11-dək davam edəcək.



- Dekabrın 10-da İranın Qəzvin şəhərində yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq Fəcr turnirinin startı veriləcək. Azərbaycan turnirdə 7 tennisçi ilə təmsil olunacaq.
XS
SM
MD
LG