Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:07
Rubrikalar

Neftin qiyməti artmağa başlayıb


Səs: Real audio
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Viylam Tol məcburi köçkünlərə gələcəkdə də yardımlar edilməsinin planlaşdırıldığını deyir - Bakı metropolitenində yeni keçid kartlarının tətbiq edilməsi ilə bağlı stansiyalarda xüsusi avadanlığın quraşdırılması yanvarın sonlarınadək başa çatdırılacaq.



Metropoliten İdarəsinin rəisi Tağı Əhmədovun "AzərTac"a verdiyi məlumata görə, gələn ilin mart ayından isə yeni kartların kütləvi istifadəsinə start veriləcək. Hazırda isə Beynəlxalq Bankın müştəriləri metro stansiyalarında palstik kartlarına xüsusi proqram yüklətməklə bu xidmətdən istifadə edə bilərlər.



- Dünya bazarlarında neftin qiyməti artmağa başlayıb. Hazırda Nyu-York və Londonda xam neftin hər barreli 59-60 dollardır. Buna səbəb havaların soyuması ilə bağlı yanacağa olan tələbatın artmasıdır.



Dekabrın 12-də OPEK-in Vyanadakı toplantısında gündəlik hasilatın 28 milyon barreldən 30 milyon barrelədək artırılması haqda qərarın qəbulu gözlənilir. Ekspertlərin fikrincə, bu, dünya bazarında neftin yenidən bahalanmasının qarşısını ala bilər.



- Yaxınlarda istiliklə bağlı dövlət proqramı qəbul olunacaq. «Azəristiliktəchizat» Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənəovun "AzərTAc"a verdiyi məlumata görə, hazırda sənəd üzərində iş gedir. Sənəd bir neçə dövlət qurumu ilə razılaşdırılıb.



- Milli Bankın verdiyi məlumata görə, dekabrın 8-də 1 Amerika dolalrı 4 591, 1 avro 5 380, 1 rus rublu isə 158 manat olub.
XS
SM
MD
LG