Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:32

Meriyanın cavabı 10 dekabr mitinqini təxirə saldı<p align=`left`><br><br>


Səs: Real audio
Mətbuat Şurasının buna dair tövsiyələri var Dekabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) «Azadlıq» seçki blokunun dekabrın 10-da metronun «20 Yanvar» stansiyası – Dövlət Film Fondunun (keçmiş «Qələbə» kinoteatrı) qarşısı marşrutu üzrə yürüş-mitinq keçirmək barədə müraciətinə baxaraq, aksiyanın Biləcəri qəsəbəsində yerləşən Könüllü Hərbi - Vətənpərvərlik və Texniki İdman Cəmiyyətinin stadionunda («Motodrom») keçirilməsini təklif edib. Meriya qərarını 26 noyabr mitinqində baş verən qarşıdurma ilə əlaqələndirib.



BŞİH müxalifətdən tələb edir ki, mitinq dövlət, dövlət atributları əleyhinə və hakimiyyətin həyata keçirilməsi səlahiyyətinə mane olmağa yönəlmiş şüarlardan istifadə olunmamaq şərtilə keçirilməlidir. «Əks təqdirdə yarana biləcək arzuolunmaz mənfi nəticələrə görə məsuliyyət mitinq təşkilatçılarının və iştirakçıların üzərinə düşəcək» -deyə, cavab məktubunda vurğulanır.



Oxşar cavab dekabrın 11-də yürüş-mitinq keçirmək istəyən Milli Demokrat, Liberal Demokrat və Fədailər partiyalarına da ünvanlanıb. Bu qurumlara da aksiyanı «Motodrom» da keçirmək təklif olunur.



«Azadlıq» blokunun Mitinq Komitəsinin üzvü, AXCP sədrinin müavini Həsən Kərimovsa deyir ki, cavab müzakirə olunduqdan sonra müxalifət 10 dekabr mitinqini təxirə salıb. O, bildirir ki, indilik blok mübarizəni hüquqi müstəvidə aparacaq.



26 noyabrda polis «Azadlıq» blokunun aksiyasını dağıtdıqdan sonra ikinci dəfədir ki, şəhər rəhbərliyi müxalifətə «Motodrom»da aksiya keçirməyi tövsiyə edir.



Dekabrın 8-də həmçinin ADP, AXCP, Müsavat və Liberal partiyalarının rəhbərləri AXCP-nin mənzil-qərərgahında görüşüblər. AXCP Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir ki, görüşdə seçki saxtakarlığını sübut edən materialların mətbuatda çap edilməsinə qərar verilib. Həmçinin Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək üçün hüquqşünaslardan ibarət qrup yaratmaq razılaşdırılıb.



26 noyabr mitinqi ilə bağlı Bakı Şəhər Prokurorluğunda açılan cinayət işinə dair müxalifət rəhbərlərinin bəyanatında isə bildirilir ki, bu, polisin vəzifə səlahiyyətlərini aşması və güc tətbiq olunması ittihamları ilə güc strukturlarına qarşı açılmalı idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG