Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:49

Münaqişə rayonlarında beş min ev bərpa olunacaq


Səs: Real audio
Mətbuat Şurasının buna dair tövsiyələri var Dağlıq Qarabağ problemi nəticəsində münaqişə zonalarındakı rayonlarda dağıdılmış 5 min ev 2008-ci ilədək bərpa ediləcək. Bu işə 2006-cı ildən başlamaq nəzərdə tutulur.



Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdən «AzərTAc»a bildiriblər ki, bərpa işləri Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Qazax və Ağstafa rayonlarında beynəlxalq standartlara uyğun aparılacaq.



Bərpa işlərinin layihələrini hazırlamaq üçün 100 milyon manat vəsait ayrılıb. Ağcabədi, Tərtər, Ağdam rayonlarında görüləcək işlərin layihələri artıq hazırdır.



Ağcabədidə 51 ev bərpa olunmalıdır. Tikinti təşkilatını müəyyən etmək üçün 2006-cı ilin yanvar ayında müsabiqə keçiriləcək. Digər rayonlarda görüləcək bərpa işlərinin layihələri hazırlanır.



Agentliyin direktoru Əli Məmmədov bildirib ki, ilk mərhələdə Ağstafada 23, Ağdamda 98, Tərtərdə 193 ev bərpa olunacaq.
XS
SM
MD
LG