Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:34

<i>«Ayna»</i>: «Müsavat Partiyasının seçki dilemması»


Səs: Real audio
Mətbuat Şurasının buna dair tövsiyələri var «Ayna» qəzetindəki «Müsavatın seçki dilemması» başlıqlı məqalədə Şahmar yazır ki, sözügedən partiyadan verilən məlumata görə, qurumda parlamentə və təkrar seçkiyə gedib-getməməklə bağlı müzakirələr başlayıb. Məqalədə bildirilir ki, Müsavat Partiyasının rəhbərliyi ADP və AXCP-ni də təkrar seçkidə iştirak məsələsini müzakirə etməyə çağırıb.



Müəllif yazır ki, amma bununla bağlı «Azadlıq» bloku daxilində yekdil mövqe yoxdur. Məlumatlara görə, Əli Kərimli və Sərdar Cəlaloğlu parlament və təkrar seçkiyə getməməklə bağlı mövqelərində qaldıqlarını bildiriblər. Müsavat Partiyasında isə hələ bu məsələ qapanmayıb. Müəllif yazır ki, başqan İsa Qəmbər və partiya rəhbərliyi seçim qarşısında qalıblar. Əgər onlar cəbhəçiləri və demokratları qərarlarını dəyişməyə sövq edə bilməsələr, blokdaxili münasibətlərdə ciddi mübahisələr yaranacaq.



«Yeni Azərbaycan» qəzetindəki «Bəzi müxalifətçilərin Milli Məclisdə iştirak etməməsi parlamentin işinə təsir göstərməyəcək» başlıqlı məqalədə Nardar Bayramlı yazır ki, yeni parlamentin vitse-spikeri Bahar Muradova deyib ki, əslində, Milli Məclisin yüksək tribunasını itirməklə müxalifət özü üçün problem yaradır. Məqalədə bildirilir ki, «Azadlıq» blokunda təmsil olunan Müsavat, AXCP və ADP parlamentin işində iştirak etmək barədə hələ yekun qərara gəlməyib. Əlbəttə, blokun qərarı ilə razılaşmayaraq öz vəzifəsini yerinə yetirənlər də ola bilər. Sadəcə, belə olarsa, onda həmin şəxs üzv olduğu partiyadan xaric ediləcək.



«Xalq Cəbhəsi» qəzetinə müsahibəsində ADP Siyasi Şurasının üzvü Qurban Məmmədli deyib ki, Mərkəzi Seçki Komissiyasının müxalifətdən olan katibi Vidadi Mahmudlunu seçkinin yekununa dair protokola imza atmasına görə qınamır. Və buna mənəvi haqqı da yoxdur. Onun fikrincə, belə bir addımı ADP-nin nümayəndəsi Yusif Bağırzadə 2003-cü ilin prezident seçkisində atmışdı. Qurban Məmmədli ABŞ-ın seçkinin nəticələrinə dair son bəyanatına da münasibət bildirib. Deyib ki, rəsmi Vaşinqtonun müsəlman ölkələrində demokratiya maraqları yoxdur.
XS
SM
MD
LG