Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:13

«Windows» davası


Səs: Real audio
Mətbuat Şurasının buna dair tövsiyələri var Təhsil Nazirliyi məktəblərdə "Linux"i, QHT-lərsə "Windows"u görmək istəyir



Bu ilin sonuna qədər dövlət büdcəsi hesabına Bakı və Sumqayıtdakı 156 məktəbdə kompüterlər quraşdırılacaq. Bundan ötrü artıq 4 700-dən çox kompüter alınaraq məktəblər arasında bölüşdürülüb.



Bütün bu işlər ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramına əsasən həyata keçirilir. Proqram Azərbaycan məktəblərinin 2007-ci ilə qədər kompüterləşdirilməsini nəzərdə tutur.



Təhsil Nazirliyində şöbə müdiri Bilal Hüseynovun sözlərinə görə, proqramın icrasına bütövlükdə 13 milyon ABŞ dolları ayrılıb. Bundan ötrü nazirlik tender keçirib və Mingəçevirdə kompüterlər istehsal edən "Kür" zavoduyla müqavilə bağlanıb.



Bilal Hüseynov bu zavodun onlara bazar qiymətlərindən daha ucuz kompüter təklif etdiyini, onların texniki baxışını öz üzərinə götürdüyünü deyir. Proqram təminatına gəldikdə isə, nazirlik "Linux" əməliyyat sistemindən istifadə etməyi düşünür:



"Əvvəla, "Linux" açıq təminat proqramıdır. Orda lisenziya söhbəti yoxdur. İkincisi isə, bu proqram təminatı ilə məşğul olan şagirdlərimizin intellektual səviyyəsi qalxacaq. Çünki hər bir proqramın kodu açıq olduğundan, öz bacarıqları, dərrakələrinə görə müəyyən yeniliklər edə bilərlər".



Amma qeyri-hökumət təşkilatları buna etirazını bildirirlər. Multimedia Araşdırmaları Mərkəzinin rəhbəri Osman Gündüz nazirliyin gətirdiyi arqumentləri qəbul etmir:



"Doğrudan da "Linux" pulsuz, inteqrasiya olunan bir sistemdir. Amma hesab edirəm ki, bu, "Windows"dan, dünyanı bürüyən "Microsoft"dan təcrid olunma üzərində qurula bilməz".



Osman Gündüz Təhsil Nazirliyinə bu məsələ ilə bağlı müraciət etdiklərini və əlavə müzakirələrə nail olduqlarını bildirir:



"Ancaq iqtisadi nöqteyi-nəzərdən, Azərbaycanın böyüməkdə olan nəslini buna qurban vermək düzgün olmazdı... Bu günədək müəllimlər "Windows" üzrə hazırlanıb. Bizdə indiki baza buna köklənib. Bunun üstündən xətt çəkib yenidən nəyəsə sıfırdan başlamağı mən təhlükə hesab edirəm".
XS
SM
MD
LG