Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 21:45

Müxalifət səfirə inanmadı


Səs: Real audio
Mətbuat Şurasının buna dair tövsiyələri var Səfirin cavabı "Azadlıq" blokunu qane etməyib



Amerika səfirliyinin müxalifətdə narazılıq doğuran bəyanatında nə deyilirdi? "Konstitusiya Məhkəməsinin qərarı bəyənilir və Amerika yeni parlamentlə əməkdaşlıq edəcək".



Dekabrın 7-də ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişlə görüşdə müxalifət liderləri öz iradlarını bildiriblər. Amma səfirin cavabı yenə də "Azadlıq" blokunun liderlərini qane etməyib.



AXCP sədri Əli Kərimlinin dediklərindən belə aydın olur ki, bu görüşdə hər iki tərəf öz mövqeyini müdafiə edib: «Biz öz mövqeyimizi, ABŞ səfiri də hökumətinin mövqeyini izah etdi».



Səfir Rino Harniş isə ölkənin siyasi həyatında müxalifətin yenə də fəal olmasını arzulayıb. Bildirib ki, Amerika Azərbaycanda hansısa partiya və fərdi deyil, yalnız demokratik prosesləri dəstəkləyir.



"Ayna" qəzetinin şərhçisi Azər Rəşidoğlu hesab edir ki, bütün bu illər ərzində Azərbaycan müxalifəti ABŞ-a ümid bəsləyirdi. Amerika prezidentinin Asiya və Yaxın Şərqdə demokratiya barədə dediyi fikirlərdən sonra onlar bu ölkəyə daha çox inanırdılar:



"Məncə, müxalifət "Amerika demokratiyanı neftə qurban verdi" deməkdə haqlıdır. Amma digər səbəb isə müxalifətin gücsüz olmasıyla bağlıdır".



Demokrat partiyasının sədr müavini Sərdar Cəlaloğlu isə bu fikirlə razılaşmır. O hesab edir ki, əslində Azərbaycan müxalifəti həm Ukrayna, həm də Gürcüstandakından qat-qat güclü olub. Amma onlardan fərqli olaraq Amerika Azərbaycan müxalifətini sona qədər müdafiə etməyib.
XS
SM
MD
LG