Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:57

Əli Kərimli və İlqar İbrahimli Bakı Şəhər Prokurorluğuna çağırıldı


Səs: Real audio
Mətbuat Şurasının buna dair tövsiyələri var Dekabrın 7-də AXCP sədri Əli Kərimli Bakı Şəhər Prokurorluğuna çağırılıb. Orada keçirdiyi dörd saata yaxın müddətdə cənab Kərimli 26 noyabr mitinqi ilə bağlı müstəntiqin suallarına cavab verib. AXCP sədrinin sözlərinə görə, o, müstəntiqə həmin aksiya zamanı dinc əhaliyə qarşı heç bir lüzüm olmadan güc tətbiq edildiyini, zor işlədildiyini, nəticədə insanların xəsarət aldığını və istintaqın da məhz buna görə aparılmalı olduğunu deyib. Cənab Kərimli deyir ki, zorakılığı mitinq iştirakçıları yox, polis və onunla birgə hərəkət edən mülki geyimli şəxslər törədiblər.



Əli Kərimli bildirir ki, əslində, Qərb, eləcə də Azərbaycan ictimaiyyəti xalqa qarşı qeyri-qanuni əməllər törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edirdi. Ancaq hazırda daha çox müxalifət liderləri istintaqa cəlb olunur.



Bakı Şəhər Prokurorluğunun müstəntiqi Aydın Əliyev isə «Azadlıq» radiosuna dedi ki, Əli Kərimli 26 noyabr mitinqində baş verənlərlə əlaqədar açılmış cinayət işi ilə bağlı şahid qismində prokurorluğa dəvət edilib və müəyyən sualları cavablandırdıqdan sonra oranı tərk edib. Onun sözlərinə görə, AXCP sədrinin prokurorluqda ləngiməsi sadəcə, deyilənlərin rəsmiləşdirilməsilə bağlı olub. Aydın Əliyev istintaq getdiyi üçün əlavə məlumat verə bilməyəcəyini də bildirdi.



Dekabrın 7-də həmçinin Dini Eitiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri İlqar İbrahimli də 26 noyabr hadisələrilə bağlı Bakı Şəhər Prokurorluğuna çağırılıb.



Dekabrın 5-də isə eyni məsələ ilə bağlı «Azadlıq» seçki bloku Mitinq Komitəsinin üzvü, AXCP sədrinin müavini Həsən Kərimov Bakı Şəhər Prokurorluğuna çağırılmışdı.



Baş Prokurorluğun qərarı ilə 26 noyabr mitinqində baş verən qarşıdurmayla bağlı Cinayət Məcəlləsinin 315.2 – hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi və 233-cü - ictimai asayişin pozulması maddələri ilə cinayət işi açılıb.



«Azadlıq» blokunun dekabrın 10-da yürüş-mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) etdiyi müraciətə gəlincə isə, meriyanın İctimai Təşkilatlar və Siyasi Partiyalarla İş üzrə Şöbəsinin müdiri Zaur Ramazanov deyir ki, müraciətə hələlik cavab verilməyib. Onun sözlərinə görə, BŞİH ola bilsin ki, müraciətə dekabrın 8-də cavab verəcək.
XS
SM
MD
LG