Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:07
Rubrikalar

«Azərreyl» «Kalisiya»ya qarşı oynayacaq


Səs: Real audio
Mətbuat Şurasının buna dair tövsiyələri var - FIFA 2006-cı ildə Almaniyada keçiriləcək futbol üzrə dünya çempionatının püşkatmasından əvvəl komandaları səbətlərə bölüb. Ən güclülər birinci [Almaniya, Braziliya, İspaniya, İtaliya, Argentina, Fransa, Meksika və İngiltərə], nisbətən zəif yığmalar isə ikinci-dördüncü səbətlərdə yer alıb.



- Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasında mübarizə aparan Bakının «Azerreyl» komandası dekabrın 8-də növbəti turun oyununu keçirəcək.



«Azərreyl» Polşada yerli «Kalisiya» klubuyla qarşılaşacaq. Növbəti mərhələyə çıxmaq üçün «Azərreyl» bu oyunda qələbə qazanmalıdır.



«Azərreyl» bundan əvvəl keçirdiyi 4 oyunun üçündə qələbə qazanıb, birində məğlub olub.



- Rusiyada bədii gimnastika üzrə beynəlxalq turnir sona çatıb. Turnirdə Azərbaycanı Anna Qurbanova təmsil edib. O, topla hərəkətlərin nəticəsinə görə, gümüş, gürzlə yarışlarda isə bürünc medal qazanıb.



Dekabrın 7-də isə bədii gimnastika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinin startı verilib. Birincilikdə 100-dək gimnast qüvvəsini sınayacaq.
XS
SM
MD
LG