Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:36
Rubrikalar

«Azərenerji» Gürcüstanı məhkəməyə verə bilər


Səs: Real audio
Mətbuat Şurasının buna dair tövsiyələri var - "Şah dəniz" yatağından hasil olunan Azərbaycan qazının Gürcüstan ərazisi ilə Türkiyəyə ixrac edilməsi üçün nəzərdə tutulan Cənubi Qafqaz Qaz Boru Kəmərinin tikintisi demək olar ki, tamamlanıb.



Layihənin operatoru "Bp-Azerbaycan" şirkətindən verilən məlumata görə, boru kəmərinin Azərbaycan hissəsində işlər ümumilikdə 90 faiz, Gürcüstan hissəsində isə 80 faiz yerinə yeririlib. Hazırda Azərbaycanda görülən işlərin əsas hissəsi altından boru kəməri keçən topraq örtüyünün ilkin vəziyyətə gətirilməsindən ibarətdir. Şirkətdə qeyd ediblər ki, boru kəmərinin Azərbaycan hissəsinin mexaniki tikintisi planlaşdırıldığı kimi bu ilin sonuna qədər tamamlanacaq.



- «Azərenerji» Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov Gürcüstanı beynəlxalq məhkəməyə verə biləcəklərini bildirib.



O, «Azəripress» agentliyinə deyib ki, əgər qonşu ölkə 32 milyon kilovatt saatlıq elektrik enerjisinə görə borcunu ödəməsə, Azərbaycanın ayrı çıxış yolu qalmayacaq. Bu, köhnədən qalan borcdur, Gürcüstan hökuməti hazırda Azərbaycandan aldığı elektrik enerjisinə görə borcunu ödəyir.



- «Aqrolizinq» Səhmdar Cəmiyyəti Azərbaycana 1200 tondan artıq gübrə gətirib. Qurumun sədr müvini Aydın Əzizov deyib ki, idxal olunan gübrə 9 bölgə bazası arasında paylanacaq. Onun sözlərinə görə, gübrə fermerlərə çəkisinə məhdudiyyət qoyulmadan veriləcək.



- Dekabrın 7-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 593, 1 avro 5 407, 1 rubl isə 158 manatdır.
XS
SM
MD
LG