Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:32

«Media forum» saytının informasiya bazası dağıdılıb<p align=`left`><br><br>


Səs: Real audio
Mətbuat Şurasının buna dair tövsiyələri var Dekabrın 8-i axşam saat 19.30-dan etibarən «Media forum» saytının məlumat bazasına daxil olmaq mümkün olmayıb. Saytın redaktoru Azər Qaraçənli deyir ki, veb səhifənin informasiya bazası dağıdılıb. Hazırda baş verənlərlə bağlı araşdırma apardıqlarını söyləyən cənab Qaraçənli bildirir ki, mütəxəssislər bir neçə versiya üzərində işləyirlər. Ola bilər ki, saytın mühafizəsi ilə məşğul olan şəxslər hansısa səhvə yol veriblər.



Azər Qaraçənli bildirir ki, veb səhifənin rus versiyası da hazırlanırdı. Mühafizəçilərdən başqa bu işlə məşğul olan həmin mütəxəssislərə də saytın İnternet səhifəsinə girişə icazə verilmişdi. Buna görə onların da iş prosesində səhvə yol verib-vermədikləri müəyyənləşdirilir.



Redaktor bildirir ki, veb səhifənin hakerlər tərəfindən dağıdılması ən son versiya kimi araşdırılır.



«Media forum» saytı 2004-cü ilin dekabrında «İnternyus-Azərbaycan» Təşkilatının layihəsi və ABŞ-ın Demokratiyaya Milli Yardım Fondunun maliyyəsi ilə yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG