Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:54

Jurnalistlər mitinqdə necə davranmalı?


Səs: Real audio
Mətbuat Şurasının buna dair tövsiyələri var Mətbuat Şurasının (MŞ) jurnalistlərin kütləvi aksiyalarda davranış qaydaları ilə bağlı hazırladığı tövsiyələr dekabrın 9-da qurumun İdarə Heyətinin toplantısında müzakirəyə çıxarılacaq. Qurumun sədri Əflatun Amaşov deyir ki, onlar iiknci dəfədir belə bir təkliflə çıxış edirlər. Ancaq bu tövsiyələrlə bağlı mətbuat vasitələri təmsilçilərinin ortaq məxrəcə gəlib-gəlməyəcəyini demək çətindir.



Həmin tövsiyələrə görə, jurnalistlər kütləvi aksiyalarda MŞ-nın xüsusi geyimində olmalı, bundan başqa mətbuat vasitəsinin rəhbəri bir gün öncədən mitinqdən reportaj hazırlayacaq əməkdaşlarının adlarını qurumda qeydiyyatdan keçirməlidir. Eyni zamanda, jurnalist aksiyanın iştirakçısı kimi davranmamalı, şüarlar və çağırışlar səsləndirməməli, bayraq götürməməlidir. Jurnalist aksiyada informasiya toplayarkən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mübahisəyə girməməlidir.



Daha bir tövsiyə ondan ibarətdir ki, aksiya zamanı jurnalist təhlükəsizlik baxımından münasib yerlərdə peşə vəzifəsini yerinə yetirməlidir.



Jurnalist ona fiziki xəsarət yetirən, təzyiq və ya təhqir edən, yaxud da peşə borcunun yerinə yetirilməsinə mane olan polisin kimliyini müəyyənləşdirməli, ehtiyatla onun şəklini çəkməli, təcili surətdə MŞ-nin Monitorinq Qrupuna məlumat verməlidir.



«Bakı-Xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev bir sıra tövsiyələrlə razılaşdığını bildirsə də, hesab edir ki, onların bəzisini yerinə yetirmək mümkün deyil: «Məsələn, təcrübə göstərir ki, jurnalistin onu təhqir edən polisin kimliyini müəyyən etməsi və ya şəklini çəkməsi mümkün deyil». Baş redaktor jurnalistin aksiya zamanı münasib yerdə dayanması haqda tövsiyənin də qeyri-real səsləndiyini bildirir.



MŞ-nın sədri Əflatun Amaşov isə deyir ki, əvvəllər jurnalistin konkret yerdə dayanıb fəaliyyət göstərməsini tövsiyə etsələr də, sonra bu fikirdən daşınıblar. Qərara alıblar ki, həmin münasib yeri jurnalist özü müəyyən etsin.
XS
SM
MD
LG