Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:03

Polis mayoruna qarşı cinayət işi açılıb


Səs: Real audio
Gəncənin Nizami Rayon Polis İdarəsinin Cinayət-Axtarış Bölməsinin rəisi, polis mayoru Koroğlu Qasımovla bağlı mediada yazılanları araşdırmaq üçün insan hüquqlarının qorunmasıyla məşğul olan QHT nümayəndələri bu şəhərə səfər ediblər Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Novella Cəfəroğlunun sözlərinə görə, Koroğlu Qasımovun fiziki və mənəvi zor işlədərək ifadə almağa cəhd göstərdiyi qadın onlara müraciət edərək, hadisəni araşdırmalarını istəyib. N.Gəfəroğlu və digər hüquq müdafiəçiləri həmin qadınla görüşdə bəzi məsələlərə aydınlıq gətirə bilsələr də, bu barədə mediaya heç bir açıqlama verməyəcəklər. Xanım Cəfəroğlu deyir ki, onlar yalnız Daxili İşlər Nazirliyinin rəhbərliyilə görüşəcəklər.



Noyabrın 14-də Gəncə Şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 309.2-ci maddəsilə (güc tətbiqilə vəzifə səlahiyyətini aşma) Koroğlu Qasımov və başqaları barədə cinayət işi qaldırıb. Ölkə mətbuatında Həmidov soyadlı ana və oğula qeyri-əxlaqi şəkildə zorakılıq etdiyi söylənilən polis zabitinin hərəkətləri Gəncə şəhər rəhbərliyinin dekabrın 6-da keçirdiyi müşavirədə də müzakirə olunub və şəhər prokuroru Adil Vəliyev deyib ki, hazırda istintaq getdiyindən heç bir açıqlama verə bilməz.



Gəncə Şəhər Polis İdarəsinin rəis köməkçisi Nofəl Hacıyev isə hesab edir ki, Qasımov barədə deyilənlər həqiqətəuyğun deyil. Cənab Hacıyev deyir ki, istintaq getsə də, Koroğlu Qasımov tutduğu vəzifədən kənarlaşdırılmayıb, amma xəstə olduğu üçün işə çıxmır.
XS
SM
MD
LG