Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:42

«Çoxuşaqlı ailələrin müdafiəsi haqqında» qanun layihəsi hazırlanır


Səs: Real audio
Məzahir Pənahovu komissiya üzvlərindən birinin əvəz edəcəyi gözlənilir Milli Məclis Aparatının Sosial Qanunvericilik Şöbəsinin müdiri Adilə Abasova «AzərTAc»a deyib ki, hazırda şöbənin əməkdaşları əlaqədar təşkilatlarla birlikdə «Çoxuşaqlı ailələrin sosial müdafiəsi haqqında» yeni qanun layihəsi hazırlayır.Yaxın vaxtlarda Prezident Aparatı tərəfindən qanunvericilik təşəbbüsü ilə şöbəyə «Əmək pensiyası haqqında» və «Vətəndaşların pensiya təminatı haqqında» yeni qanun layihələrinin də göndəriləcəyi gözlənilir. Ümumiyyətlə isə, şöbə parlamentdə yeni təşkil olunacaq Sosial Siyasət Daimi Komissiyası ilə birlikdə üçüncü çağırış Milli Məclisin ilk sessiyasında bunlarla yanaşı, müzakirəsi ötən çağırışdan yarımçıq qalmış «Təhsil haqqında», «İnşaat fəaliyyəti haqqında», «İnformasiya əldə etmək haqqında» qanun layihələrini də müzakirəyə çıxarmaq niyyətindədir.
XS
SM
MD
LG