Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:41

Ümid ili!...


Səs: Real audio
Dimitri Rupel deyib ki, sabit Azərbaycan Dağlıq Qarabağdakı dondurulmuş münaqişənin nizamlanmasına real imkan verir Azərbaycanda seçkidən, Ermənistanda isə referendumdan sonra Qarabağ danışıqlarının sürətlənəcəyini deyirdilər. Xüsusilə gələn ilə müəyyən ümidlər bəslənir. Niyə məhz 2006?



Azərbaycanda və Ermənistanda hər seçkidən sonra Dağlıq Qarabağ məsələsi gündəmə gəlir. Bu, təsadüfdür, yoxsa yox? Məsələn belə izah var ki, seçkidən diqqəti yayındırmaq üçün seçkidən də vacib sayılan Qarabağ problemi gündəmə çıxarılır.



İkinci izah odur ki, seçki pozuntularına görə hər iki ölkənin seçkidən sonrakı güzəşt limiti böyük olur, beynəlxalq aləm bundan istifadə etmək istəyir. Tamamilə əks izah da var ki, əslində, Qarabağ məsələsi heç vaxt gündəlikdən düşmür. Sadəcə, seçki vaxtı buna fasilə verilir, çünki seçki prosesində güzəştdən heç kim danışmaz.



Politoloqlar Rasim Musabəyov və Mübariz Əhmədoğlu münaqişədən seçkidən diqqəti yayındırmaq üçün istifadə olunduğunu təsdiqləmirlər. Çünki Qarabağ münaqişəsi ümummilli məsələ olsa da, Qarabağdan danışmaqla nəyisə unutdurmaq mümkün deyil.



"Niyə məhz 2006-cı il" sualının cavabını da ekspertlər Ermənistan və Azərbaycandakı seçkilərə bağlayırlar.



Həm Rasim Musabəyov, həm də Mübariz Əhmədoğlunun fikrincə, 2006-cı il nə Azərbaycan, nə də Ermənistanda seçki ili olmadığından, bütün ümidlər bu ilə bağlanır. Mübariz Əhmədoğlu deyir ki, 2011-ci ilə qədər münaqişənin dinc həlli üçün başqa belə bir uyğun vaxt olmayacaq.



Rasim Musabyov da eyni fikri müdafiə edir. Üstəlik, o, hesab edir ki, əgər gələn il münaqişənin həllində heç bir irəliləyiş olmasa, problemin sülh yoluyla həlli qeyri-müəyyən vaxta qədər uzana bilər.



Münaqişənin həlliylə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Stiven Mann və Aleksandr Merzlyakov da 2006-cı ilin münaqişənin həlli ili olacağını bildirib. Hətta amerikalı həmsədr müsahibələrinin birində deyib ki, Azərbaycanda parlament seçkiləri və Ermənistanda referendumun başa çatması danışıqlar prosesinə müsbət təsir edəcəcək.



Ancaq həmsədrlərin nikbinliyini Azərbaycandakı ekpertlər bölüşmür. Çoxu münaqişənin 2006-cı ildə həll olunacağına elə də ümid bəsləmir.



Mübariz Əhmədoğlunun fikrincə, münaqişə tərəflərinin mövqeyi bir-birindən o qədər fərqlənir ki, hər hansı həlldən danışmaq çox tezdir. Üstəlik, münaqişəyə birbaşa təsir edə biləcək Rusiya və ABŞ-ın başı Qarabağdan daha vacib məsələlərə qarışıb. Və ən önəmlisi, Kosovo münqişəsi həll edilməyincə, Rusiya Qarabağ münaqişənin həllində heç bir tərəfə təzyiq göstərməyəcək.



Politoloq Rasim Müsabəyov da münaqişənin tam həllinin gələn il mümkün olacağını düşünmür. Onun sözlərinə görə, hər hansı irəliləyişin olması da çətin məsələdir. Çünki Ermənistan tərəfinin təklif etdiyi həll variantına Azərbaycanda heç bir iqtidar razılıq verməz.



Azərbaycan rəsmilərinin də Qarabağ probleminin həlliylə bağlı 2006-cı ilə böyük planlar qurduğunu demək çətindir.



Prezident İlham Əliyev dəfələrlə danışıqları davam etdirəcəklərini desə də, bugün gərəksiz güzəştlərə getməyəcəklərini də açıq şəkildə bəyan edir. Üstəlik, dövlət büdcəsinin hərbi sahəyə ayrılan xərclərinin ilbəil artmasını da gözardı etmək olmaz. Məsələn, bu il 650 milyon dollar olan hərbi xərclərin növbəti il daha da artacağı bildirilir. Düzdür, plana görə, bu pullar silahdan daha çox yeni inventarlar və avadanlıqlara xərclənəcək. Amma hər halda, rəsmilər də, bəzi ekpertlər də bu fikirdədirlər ki, Azərbaycan və Ermənistan arasındakı iqtisadi və hərbi potensial fərqi artdıqca, Ermənistan d

Günün bütün mövzuları

XS
SM
MD
LG