Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:15

Azərbaycanla Rusiya arasında sərhəddin çox hissəsi razılaşdırılıb


Səs: Real audio
Vardan Oskanyan isə "Azərbaycan oz vətəndaşları hesab etdiyi adamlara qarşı zor işlətməklə onlar üzərində mənəvi haqqını itirib" - deyib Dekabrın 6-da Bakıda Azərbaycan və Rusiya arasında Dövlət Sərhədlərinin Delimitasiyası üzrə Hökumətlərarası Komissiyanın 10-cu yığıncağı işinə başlayıb. Delimitasiya işinin uğurlu getdiyini vurğulayan komissiyanın Azərbaycan tərəfdən rəhbəri, Xarici İşlər nazirinin müavini Xələf Xələfov iki ölkə arasındakı sərhəddi dostluq, sabitlik, qarşılıqlı anlaşma və əməkdaşlıq simvolu adlandırıb.



Rusiya tərəfdən komissiyanın rəhbəri, bu ölkənin Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Aleksandr Yakovenko isə bildirib ki, onlar işin xeyli hissəsini görüblər və demək olar ki, delimitasiya finala yaxınlaşıb. O, eyni zamanda asan olmayan, qarşılıqlı maraqların, həmçinin sərhəd əhalisinin mənafeyinin nəzərə alınmasını tələb edən məsələlərin olduğunu diqqətə çatdırıb.



Tərəflər görülən işlər barədə ümumi məlumat verməklə kifayətləniblər.



Müzakirələr medianın iştirakı olmadan davam etdirilib.



Komissiyanın işi dekabrın 9-na qədər davam edəcək.



«Turan» İnformasiya Agentliyinin məlumatına görə, üç mübahisəli ərazini çıxmaq şərtilə, Azərbaycanla Rusiya arasında 390 km-lik dövlət sərhəddinin çox hissəsi artıq razılaşdırılıb.
XS
SM
MD
LG