Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:55

ABŞ rəsmisi: «2006 – Qarabağ münaqişəsində sülhə doğru il olacaq»<p align=`left`><br><br>


Səs: Real audio
Vardan Oskanyan isə "Azərbaycan oz vətəndaşları hesab etdiyi adamlara qarşı zor işlətməklə onlar üzərində mənəvi haqqını itirib" - deyib “Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına doğru Azərbaycan və Ermənistandan edilən müsbət hərəkətlərı çox alqışlayırıq. Biz inanırıq ki, 2006-cı il Azərbaycan və Ermənistanın dayanıqlı və ədalətli sülhə doğru böyük addımlar atacağı il olacaq”.



Bunu dekabrın 6-da Lyublyanada ATƏT-in Nazirlər Şurasının 13-cü toplantısında Birləşmiş Ştatlar Dövlət katibinin Siyasi Məsələlər üzrə müavini Nikolas Berns bildirib. Amerika rəsmisi “bu məqsədə çatmaq və ağrılı keçmişi arxada qoymaq üçün” tərəfləri Minsk Qrupunun həmsədrləriylə fəal işləməyə çağırıb.



“Yaxın gələcəkdə Dağlıq Qarabağ böhranının həllində böyük inkişaf gözləmək olar”. Bunu isə Lyublyanada Avropa Komissiyasının Xarici Əlaqələr və Avropayla Qonşuluq Siyasəti üzrə kommissarı Benita Ferrero-Valdner bildirib.



Türkiyə Xarici İşlər nazirinin müavini Nabi Şensoy isə “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qonşu Azərbaycan və Ermənistan arasında gedən danışıqlardakı inkişafı» alqışladığını bildirib: “Biz ümid edirik ki, 2006-cı ildə çox mühüm irəliləyiş olacaq”.



Cənab Şensoyun sözlərinə görə, Türkiyə bundan sonra da Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə əsaslanacaq yekun razılaşmasının əldə olunması üçün fəal köməyini davam etdirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG