Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:08

Yeni parlamentdə müxalifət varmı?


Səs: Real audio
Həmsədrlərdə sülh prosesi ilə bağlı müəyyən nikbinlik hiss olunur "Deməliyəm ki, belə bir bəyanatdan çox məyus olmuşam. Düşünürəm ki, bu bəyanatla ABŞ-ın burdakı səfirinin azad seçki haqqında bəyanatı arasında bir ziddiyyət var. Çünki parlamentdə müxalifət yoxdursa, o parlamentdəki müxalifətlə necə əməkdaşlıq edəsən?"



AŞPA həmməruzəçisi Andreas Qrossun bu sözləri ABŞ-ın bəyanatına cavabdır:



"Birləşmiş Ştatlar müstəqil, müxalifət və hakim partiyanın səsinin eşidildiyi parlament də daxil olmaqla, bütün demokratik institutları gücləndirmək işində hökumətlə işləməyi səbirsizliklə gözləyir".



"Kimdir müxalifət" sualları bayağı səslənsə də, hələ bu məsələyə nöqtə qoyulmayıb.



Hakimiyyət isə bir ildən çoxdur ki, "bizə yeni müxalifət gərəkdir" deyir. Həmin şüarı parlamentin keçmiş sədri Murtuz Ələsgərov ötən il Milli Məclisin iclasında ortaya atmışdı.



Yeni parlamentin yeni sədri Oqtay Əsədov isə deputat Sabir Rüstəmxanlının müxalifətlə əməkdaşlıq çağırışına "konstruktiv müxalifətlə sıx əməkdaşlıq edəcəyik" cavabını verib.



Bundan qabaq cənab Rüstəmxanlı APA agentliyinə müsahibəsində "cib müxalifəti deyiləm" tipli bəyanat vermişdi.



Bir sözlə, müxalifət haqqında "radikal", "konstruktiv", "cib", "yalançı", "əsl" kimi epitetləri çox tez-tez eşitmək olur.



Bu dəfəki söhbətdə müxalifətçi olduğunu bəyan edən iki qonaq iştirak edir:



- AXCP-nın sədr müavini, 29-cu dairədən deputatlığa namizəd Həsən Kərimov;



- 26-cı dairədən deputat seçilmiş Fazil Qəzənfəroğlu.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG