Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:53

Jurnalistlərin fəaliyyətinə kobud müdaxilə edən polis cəzalanıb


Səs: Real audio
Həmsədrlərdə sülh prosesi ilə bağlı müəyyən nikbinlik hiss olunur «Azadlıq» seçki bloku və Milli Birlik Hərəkatının 26 noyabr mitinqində polislə aksiya iştirakçıları arasındakı toqquşmada jurnalistlərin fəaliyyətinə müdaxilə edərək kobud hərəkətlərə yol vermiş Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Məlik Quliyev intizam məsuliyyətinə cəlb olunub. Bu barədə məlumatı Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov verdi. O, deyir ki, bu addım baş verənlərlə bağlı Daxili İşlər naziri Ramil Usubovla görüşündən sonra aparılan araşdırmalar nəticəsində atılıb. Cənab Amaşov bildirir ki, nazirin adıgedən idarənin rəhbərliyinə göndərdiyi məktubda bir daha bu kimi hallara yol verilməməsi tələb olunur.



Birləşmiş müxalifətin 26 noyabr mitinqində 12 mətbuat nümayəndəsi təzyiqə məruz qaldığı barədə Mətbuat Şurasına müraciət etmişdi.
XS
SM
MD
LG