Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:26

Nazirlər yenə Qarabağ məsələsini müzakirə edir


Səs: Real audio
Həmsədrlərdə sülh prosesi ilə bağlı müəyyən nikbinlik hiss olunur Dekabrın 4-də Sloveniyanın paytaxtı Lyublyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə ATƏT-in Nazirlər Şurasının yekun siyasi bəyanatının layihəsində Dağlıq Qarabağa həsr olunan hissənin mətni müzakirə olunub. Mətnlə bağlı razılıq əldə edilib.



Ermənistanın xarici işlər naziri Vardan Oskanyan "Azadlıq" radiosuna bildirib ki, həmin sənəddə Qarabağla bağlı ümumi və neytral fikirlər əks olunacaq. Bəyanatda danışıqlar prosesində son zamanlar əldə edilmiş müsbət irəliləyişlər qeyd ediləcək və sülh prosesinin sürətləndirilməsi təklif olunacaq.



Nazirlərin görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri – amerikalı Stiven Man, rusiyalı Yuri Merzlyakov və fransalı Bernar Fasyer iştirak ediblər.



Lyublyanada Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin və prezidentlərin yaxın zamanlarda mümkün görüşü barədə də danışıqlar aparılıb. Lakin tərəflər həmin görüşlərin vaxtı və yeri barədə ümumi razılığa gələ bilməyib.



Bu məlumatı Ermənistan naziri Vardan Oskanyan da təsdiqləyib. Çox güman ki, bu barədə dekabrın ortalarında həmsədrlərin regiona səfəri zamanı razılıq əldə etmək mümkün olacaq.



"Tərəflərə yeni təkliflər təqdim olunubmu" sualına cavabında isə Vardan Oskanyan bildirib ki, Lyublyanada həmsədrlər konkret təkliflər verməyiblər, sadəcə bəzi yeni ideyalar, fikirlər səsləndiriblər.



Həmsədrlərdə sülh prosesi ilə bağlı müəyyən nikbinlik hiss olunur. Belə ki, hələ Sloveniyadakı görüşdən qabaq öz açıqlamalarında həmsədrlər sülh danışıqlarının gələcəyi ilə bağlı müsbət proqnozlar verirdilər.



Ermənisanın xarici işlər naziri Vardan Oskanyan bildirib ki, o, həmin nikbinliyin bəzi məqamlarıyla razılaşsa da, həmsədrlər qədər optimist deyil. Bununla belə, tərəflər Lyublyanada danışıqlar prosesinin sürətləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG