Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:51

Sərhədi keçmək istəyən Ermənistan vətəndaşı saxlanıb


Səs: Real audio
Potensial zorakılıq olan aksiyalarda belə... Dövlət Sərhəd Xidmətinin (DSX) son bir ayda görülən işlərə dair yaydığı məlumatda bildirilir ki, Azərbaycanda saxlanan sərhəd pozucuları arasında bir nəfər Ermənistan vətəndaşı da var. Milliyyətcə erməni olan sərhəd pozucusunun adı və saxlanma şəraiti barədə məlumat verilmir. Məlumatda həmçinin bildirilir ki, saxlananlardan 46-sı törətdikləri müxtəlif cinayətlərə görə, axtarışda olan şəxslərdir. 26 nəfər viza rejimini pozduğu üçün saxlanılıb. Onlar Filippin, Fransa, Pakistan, İran, İraq, Özbəkistan, Əfqanıstan, Türkiyə, Moldova, Qırğızıstan, Nigeriya, Qana, Hindistan və Livan vətəndaşlarıdırlar.



DSX-nın məlumatına görə, sərhəddi saxta sənədlərlə keçmək istəyən 10 Özbəkistan, 7 Azərbaycan, 5 Moldova, 4 Rusiya, 1 Pakistan, 1 Türkiyə və 1 Qırğızıstan vətəndaşı saxlanılıb.



Sərhəd pozuculuğuna görə, noyabr ayında saxlanan şəxslərdən müxtəlif növ silahlar və narkotik maddələr də götürülüb. Satmaq məqsədi ilə Azərbaycana gətirilən mobil telefonlar, 2308 litr dizel yanacağı, 1085 qutu müxtəlif növ dərman pereparatları, 3 at, 20 qadağan olunmuş dini kitab, 3000 banka qara kürü müsadirə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG